
ABŞ-nin sabiq prezidenti Co Bayden dövlət başçısı postundakı fəaliyyət dövrünə həsr olunmuş kitab yazdığını bəyan edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin keçmiş rəhbəri sosial şəbəkə hesabında məlumat yayıb.
Xatirələr "Mənə söz ver, Amerika" adını alıb. Kitabın noyabrın 17-də işıq üzü görəcəyi planlaşdırılsa da, oxucular indidən sifariş etmək imkanına malikdirlər.
"Prezidentliyim haqqında kitab yazdım. Onun adı "Mənə söz ver, Amerika"dır", - deyə Bayden bildirib.
Gözlənilir ki, sabiq dövlət rəhbəri yeni nəşrdə Ağ Evdə keçirdiyi dörd il, seçkiqabağı kampaniyası, ikinci müddətə namizəd olmaq qərarı və ardınca prezidentlik yarışını tərk etməsi barədə təfərrüatı bölüşəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.