
İran İslamabad memorandumu üzrə öz öhdəliklərinin icrasını dayandırıb.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi bildirib.
"ABŞ İslamabad memorandumu çərçivəsində bütün öhdəliklərini pozub və onların icrasını dayandırıb. Biz də öz öhdəliklərimizin icrasını dayandırdıq və hazırda ölkənin müdafiəsi ilə məşğuluq", - o bildirib.
Qəribabadinin sözlərinə görə, İran danışıqlar aparırdı, lakin ABŞ memorandum üzrə öhdəliklərini pozaraq "aqressiv addımlar" atıb.
"Hazırda bizim vəzifəmiz ölkəni qətiyyətlə müdafiə etməkdir. Amerikalılar artıq bu cür addımların heç nəyə gətirib çıxarmayacağı barədə cavablarını alıblar", - XİN başçısının müavini əlavə edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.