
Amerikanın məşhur rok qrupu "L7"nin vokalçısı və bas gitara ifaçısı Cennifer Finç 59 yaşında dünyasını dəyişib.
AVESTA.AZ xəbər verir ki, sənətçi uzun müddət beyin xərçəngi ilə mübarizə apardıqdan sonra vəfat edib.
Finç 1986-cı ildən "L7"nin üzvü olub və qrupun ən məşhur albomlarının ərsəyə gəlməsində mühüm rol oynayıb. O, 1996-cı ildə səhhətində yaranan problemlərlə əlaqədar kollektivdən ayrılmışdı.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.