
Azərbaycanlı voleybol hakimi Fuad Ağayev qadınlar arasında keçiriləcək Avropa çempionatına təyinat alıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Voleybol Federasiyasından bildirilib.
Ədalət təmsilçisi AVRO-2026-nın Türkiyənin İstanbul şəhərində təşkil ediləcək A qrupunun matçlarında iş başında olacaq. Bu qrupda meydan sahibləri ilə yanaşı, Almaniya, Polşa, Macarıstan, Sloveniya və Latviya komandaları çıxış edəcəklər.
Qeyd edək ki, Azərbaycan C qrupuna ev sahibliyi edəcək. Bu qrupda Azərbaycan, Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya milliləri yer alıblar. Bakıdakı qarşılaşmalar avqustun 21-28-də Milli Gimnastika Arenasında keçiriləcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.