
Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev Serbiyanın paytaxtı Belqradda keçiriləcək "UFC Fight Night" turnirində qüvvəsini sınayacaq.
BAKU.WS xəbər verir ki, qarşılaşma avqustun 1-də "Belqrad Arena" idman kompleksində təşkil ediləcək.
Tofiq Musayev oktaqonda Slovakiyanı təmsil edən təcrübəli döyüşçü Ludovit Kleynlə üz-üzə gələcək.
Bu qarşılaşma turnirin diqqət çəkən döyüşlərindən biri hesab olunur və azərbaycanlı idmansevərlər tərəfindən böyük maraqla gözlənilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.