
Xəbər verdiyimiz kimi, Odessa limanı yaxınlığında azərbaycanlı dənizçilərin olduğu yük gəmisi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.
BAKU.WS-in məlumatına görə, zərbə nəticəsində ekipaj üzvlərindən Emin Kərimov yüngül xəsarət alıb.
Bundan başqa, gəminin göyərtəsinə ciddi ziyan dəyib. Avadanlıqlar yararsız hala düşüb. Hazırda isə gəmi Türkiyəyə doğru yol alıb.
Qeyd olunub ki, gəminin heyəti 13 nəfərdən ibarətdir. Onlardan 12-si Azərbaycan, 1-i isə Türkiyə vətəndaşıdır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.