
51 kq çəki kateqoriyasında mübarizə aparan İbrahim Həsənov Bakıda keçirilən U17 güləş üzrə dünya çempionatında 1/2 final görüşünə çıxıb.
AVESTA.AZ Oxu.az-a istinadən xəbər verir ki, o, İslam Kuraxmayevlə (Rusiya) qarşılaşıb.
Görüş təmsilçimizin qələbəsi ilə başa çatıb - 10:6.
Beləliklə, güləşçimiz finala çıxıb və qızıl medal uğrunda mübarizə aparacaq. Onun finalda rəqibi iranlı Benyamin Cəfər Aşofteh Mayvan olacaq.
***
51 kq-lıq çəki kateqoriyasında mübarizə aparan İbrahim Həsənov Bakıda keçirilən U17 güləş üzrə dünya çempionatında 1/4 final görüşünə çıxıb.
AVESTA.AZ xəbər verir ki, o, Qovind Qovindlə (Hindistan) qarşılaşıb.
Görüş təmsilçimizin qələbəsi ilə başa çatıb 10:3.
Bununla da İbrahim Həsənov yarımfinala vəsiqə qazanıb.
*** 13:49
Azərbaycanın sərbəst güləşçisi İbrahim Həsənov Bakıda təşkil olunan U-17 dünya çempionatına qələbə ilə başlayıb.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, 51 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda gürcüstanlı Giorgi Narimanidzeni 4:2 hesabı ilə üstələyərək növbəti mərhələyə vəsiqə qazanıb.
Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.