
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Lənkəran şəhəri, Osaküçə kəndi istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
BAKU.WS nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Cənub Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.
Əlavə məlumat veriləcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.