
Bu gün Azərbaycanda əlamətdar günlərdən biridir: artıq dörd ildir ki, 26 avqust ölkəmizdə Laçın Şəhəri Günü kimi qeyd edilir.
Hazırda azad Laçında şəhərin quruculuq işləri davam edir. Uzun illər doğma sakinlərinin yolunu gözləyən Laçın bu gün yenidən canlanır, qurulur və inkişaf edir.
Ən böyük sevinc isə illərlə həsrətlə xatırlanan şəhərin artıq öz sakinlərinin həyatında yenidən mövcud olmasıdır.
Laçın sakinləri də şəhər gününün onlar üçün böyük qürur və sevinc mənbəyi olduğunu vurğulayırlar.
"Bundan böyük hiss, fəxarət mənə elə gəlir ki, heç vaxt olmayıb. Bu gün də Laçın günüdür. Bayrağımız hər yerdə - azad olunmuş torpaqlarımızda dalğalansın. Bu bayraq başımızın üstündən heç vaxt əskik olmasın", - deyə sakin Tahir Bəndəliyev Baku TV-yə söyləyib.
Digər sakin isə 30 il ərzində bu günü səbirsizliklə gözlədiyini bildirib:
"Şükürlər olsun ki, torpaqlarımız işğaldan azad olundu. Xoşbəxtəm ki, şəhidlərimizin qisası alındı və bu torpağın hər qarışına ayağımızı basa bilirik".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.