
"Qarabağ" bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Ukraynanın "Dinamo" (Kiyev) klubu ilə üz-üzə gələcək.
BAKU.WS xəbər verir ki, qarşılaşma Polşadakı "Lublin Arena"da, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Matçı danimarkalı FIFA referisi Morten Kroq idarə edəcək.
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 13-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.