
Beyləqan rayonu, Birinci Şahsevən kəndi ərazisindən keçən kanalda bir nəfər batıb.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, Amin Zamir oğlu Əhmədov avqustun 6-da kənd ərazisindən keçən "Yeni Xan Qızı" adlı beton kanalda çimərkən suda boğularaq ölüb.
Onun meyitinin tapılması üçün axtarışlar davam etdirilir.
Fakt üzrə Beyləqan rayon prokurorluğunda araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.