
Azərbaycan və "McKinsey & Company" şirkəti arasında investisiya mühitinin təkmilləşdirilməsi müzakirə edilib.
"AVESTA.AZ" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.
"Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakı çərçivəsində "McKinsey & Company" şirkətinin regional idarəedici tərəfdaşı Özgür Tanrıkulu ilə Azərbaycanda investisiya mühitinin təkmilləşdirilməsi istiqamətində görülən işlər, iqtisadi imkanlar, ölkəmizin biznes dairələri ilə şirkət arasında əlaqələr və perspektivlər barədə müzakirələr apardıq", - M.Cabbarov qeyd edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.