
"Sabah" bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarkanın "Orhus" klubunu qəbul edəcək.
BAKU.WS xəbər verir ki, cavab qarşılaşması Masazırda yerləşən "Bank Respublika Arena"da oynanılacaq.
Fransalı FIFA referisi Villi Delajonun idarə edəcəyi matç saat 20:00-da start götürəcək.
Xatırladaq ki, komandaların Danimarkada baş tutan ilk görüşündə meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.