
Aparıcı Lamiyə Ələkbərova sərt açıqlaması ilə gündəmə gəlib.
AVESTA.AZ xəbər verir ki, o aparıcısı olduğu "Günorta efirdəyik" verilişində universitetlərdə tələbələrlə keçirilən görüşlərə blogerlərin dəvət olunmasından danışıb.
Lamiyə Ələkbərova universitetlərin əsas missiyasının təhsil vermək və tələbələri maarifləndirmək olduğunu bildirib:
"Bloger sənətinə hörmətim var. Bilmirəm harada dərs keçir, harada oxuyurlar. İnfluenser, bloger adları yaranıb, hörmətlə yanaşıram. Hərənin bir sənəti var. Universitetlərə, təhsil ocaqlarına müraciət edirəm: əvvəllər tələbələrlə görüşə şairlər, yazıçılar, professorlar dəvət olunurdu. Tələbələr yığışırdı, yazıçı Anardan nəsə öyrənməyə çalışırdı. İndi universitetdə blogerlə görüş edirlər. Blogerlər tələbəyə nə öyrədəcək?".
Ətraflı videoda:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.