
Bu gün "Sabah" klubu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində Danimarkada "Orhus"la qarşılaşacaq.
BAKU.WS xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 20:30-da Ranners stadionunda start götürəcək.
Oyunu sloveniyalı FIFA referisi Rade Obrenoviç idarə edəcək.
Xatırladaq ki, komandalar arasında cavab matçı avqustun 11-də, saat 20:00-da Masazırdakı "Bank Respublika Arena"da təşkil olunacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.