
Lənkəran rayonunda meşədə iki nəfərin meyiti tapılıb.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Havzava kəndində baş verib.
Belə ki, meyiti tapılan iki nəfərin qohum olduqları və bir neçə gündür ailə üzvləri tərəfindən axtarıldıqları deyilir.
1997-ci il təvəllüdlü Xəzər Vurğun oğlu Mirzəyev və 2010-cu il təvəllüdlü Fidan Şahid qızı Məmmədovanın meyitləri Lənkəran rayonunun "İbadi" deyilən meşəlik ərazidə tapılıb.
Hazırda onların ölüm səbəbləri araşdırılır.
Faktla bağlı araşdırmalar davam etdirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.