
Quba rayonunda zəlzələ qeydə alınıb.
AVESTA.AZ xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.
Zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib.
Zəlzələ ölkənin şimal bölgəsində bir çox ərazilərdə hiss olunub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.