
"Bakı Metropoliteni "yaşıl" xətt üzrə havalandırma sisteminin yaxşılaşdırılması məqsədilə daha bir şaxtanın inşasına başlayıb".
BAKU.WS xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, şaxta "Nizami" və "Cəfər Cabbarlı" stansiyaları arasında inşa edilir:
"Havalandırma şaxtasının inşası davam etdirilir. 11 aydan sonra şaxta da istifadəyə veriləcək və həmin xətt üzrə havalandırma daha da yaxşılaşdırılacaq".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.