
Şirvan kanalından kişi meyiti tapılıb.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, meyit İsmayıllı rayonunun Qubaxəlili kəndi ərazisindən keçən hissəsində aşkarlanıb.
Araşdırmalar zamanı suda batan şəxsin Göyçay şəhər sakini, 77 yaşlı Tahir Quluyev olduğu müəyyənləşib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.