
Ənənəvi mövsümlərarası keçidlə əlaqədar sentyabrın 19-dan etibarən Bakı-Qəbələ-Bakı reyslərinin qrafikinə dəyişiklik ediləcək.
Bu barədə AVESTA.AZ-ə "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) məlumat verilib.
Bildirilib ki, qatarlar Bakıdan Qəbələyə həftənin şənbə günü, Qəbələdən Bakıya isə bazar günü hərəkət edəcək.
Qeyd olunan tarixdən sonrakı səfər planları üçün yeni qrafiki nəzərə almağı tövsiyə edirlir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.