
Rusiyanın Moskva vilayətinin Orexovo-Zuyevo şəhər dairəsinin Kabanovo kəndində altıncı sinif şagirdinin qətlində şübhəli bilinən iki məktəbli saxlanılıb.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, şübhəlilər 15 və 16 yaşlı qızlardır.
Məlumata görə, yeniyetmələr cinayəti əvvəlcədən planlaşdırıblar. Onlar oğlanı görüşmək bəhanəsi ilə tərk edilmiş binaya aparıblar.
Altıncı sinif şagirdi avqustun 26-da itkin düşüb. Hazırda hadisənin bütün detalları araşdırılır.
Moskva vilayəti prokurorluğunun məlumatına görə, faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) üzrə cinayət işi açılıb.
Yaxın vaxtlarda məhkəmə iki yeniyetmə barəsində qətimkan tədbirinin seçilməsi məsələsinə baxacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.