
Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
AVESTA.AZ apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Qazax istiqamətində hərəkətdə olan avtomobil qarşısına çıxan atı vurub.
Avtomobilin sürücü E.Əmirov yüngül xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.