17-08-2026, 14:48 0

KMBİ dövlət qulluqçularının və hüquq-mühafizə orqanlarının adından dələduzluq edən şəxslərin ölkədəki əlaqələrini ifşa edib

Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən saxta sosial şəbəkə profilləri və "WhatsApp" ani mesajlaşma hesabları vasitəsilə dövlət qulluqçuları, eləcə də hüquq-mühafizə orqanlarının əməkdaşlarının adından istifadə olunmaqla törədilən çoxsaylı kiberdələduzluq hallarına qarşı əməliyyat keçirilib.

Bu barədə BAKU.WS-ə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirlərlə ölkə hüdudlarından kənarda fəaliyyət göstərən kibercinayətkar qruplaşmalarla əlbir olaraq qeyd edilən cinayət əməllərində şübhəli bilinən Fərid Əliyev, Asiman Zeynalov, Tofiq Əliyev, Fərid Atakişiyev, Röyal Abdullayev, Anar Məmmədov, Rəşad Hacıyev və Həmid Əliyev saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər xaricdə fəaliyyət göstərən kibercinayətkar qruplaşmaların üzvləri ilə əlaqə yaradaraq onları yerli mobil operatorlara məxsus elektron nömrələr, qanunsuz fəaliyyətlərdə istifadə etdikləri bank kartları və digər məlumatlarla təmin ediblər. Həmin şəxslər tərəfindən onlayn satışı təşkil edilən mobil nömrə və bank kartlarından qeyd edilən kibercinayət əməllərinin törədilməsində istifadə olunduğu müəyyən edilib.

Əməliyyat zamanı saxlanılan şəxslərin qanunsuz yolla əldə etdikləri 2 mindən artıq bank kartı və elektron mobil nömrənin qeyd olunan cinayətkar əməllərə yönləndirildiyi aşkarlanıb. Həmin kart və mobil nömrələrin bəzilərinin qanunsuz onlayn qumar və kazino oyunlarının təşkili zamanı istifadə edildiyi də məlum olub.

Hazırda saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq və əməliyyat-texniki tədbirlər aparılır. Xarici ölkələrdə fəaliyyət göstərən kibercinayətkar qruplaşmaların digər iştirakçılarının müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində də tədbirlər davam etdirilir.

Bir daha vətəndaşlara müraciət edərək bildiririk ki, bank rekvizitlərinin və mobil nömrələrin üçüncü şəxslərə cinayət əməllərində istifadə olunması məqsədilə təqdim edilməsi yolverilməzdir. Əgər bank kartınızdan və ya mobil nömrənizdən qeyri-qanuni məqsədlərlə istifadə edildiyini müəyyən etmisinizsə, hesabınıza mənbəyi şübhəli olan pul vəsaitləri köçürülübsə, mobil nömrənizə şübhəli SMS-lər daxil olursa və ya sizə ödəniş müqabilində bank kartı məlumatlarınızı təqdim etmək təklif edilirsə, ayıq-sayıqlıq nümayiş etdirməyiniz və dərhal polis orqanlarına məlumat verməyiniz tövsiyə olunur.

Paylaş

Xəbər lenti

Yeni sanitariya norma və qaydaları təsdiqlənib: Nələr dəyişir? Bu gün, 23:48 Dağıstanın keçmiş vitse-premyerinin dul arvadı bıçaqlanaraq öldürüldü Bu gün, 23:48 Əraqçi BMT-ni ABŞ-nin sanksiyalarını pisləməyə çağırıb Bu gün, 23:48 Aidə Əliyevaya AFFA-da vəzifə verildi Bu gün, 23:48 Qaza həsrət qalan kənd sakinləri Bu gün, 23:48 Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib Bu gün, 23:48 Sahibə Qafarova Serbiyaya səfər edəcək Bu gün, 22:48 ABŞ İtaliyanın ultra solçu qrupuna qarşı sanksiyalar tətbiq edib Bu gün, 22:48 Xətai rayonundakı küçədə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq Bu gün, 22:48 Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR Bu gün, 22:48 "Sabah" klubu Prezident İlham Əliyevə təşəkkür edib Bu gün, 22:48 XİN Nepal-Çin sərhəd bölgəsindəki faciə ilə bağlı başsağlığı verdi Bu gün, 22:48 Sabah Cəlilabadın 12 yaşayış məntəqəsində işıq olmayacaq Bu gün, 22:48 Yaxın Şərqdəki münaqişə: Altı ayda "Brent"in qiyməti 70-126 dollar arasında dəyişib Bu gün, 21:48 Şahzadə Harri və ailəsinin Böyük Britaniyaya qayıdış tarixi açıqlanıb Bu gün, 21:48 Laçın sakini: "Bundan böyük hiss, fəxarət heç vaxt olmayıb" Bu gün, 21:48 "Evdə tək 2" filminin ulduzu vəfat edib Bu gün, 21:48 Avropa çempionatı: Azərbaycanın voleybol millisi ilk məğlubiyyətini alıb Bu gün, 21:48 Könül Həmzəyeva təqsirləndirilən şəxs oldu Bu gün, 20:48 Bakıda 53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib Bu gün, 20:48 Heydər Əliyev Fondu qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirib Bu gün, 20:48 Robert Köçəryanın həbsi ilə bağlı vəsatətə baxılacaq Bu gün, 20:48 "Mardi Mekan Estate": dəniz kənarında yaşamağın tam vaxtıdır Bu gün, 19:48 AAYDA: Bakının bəzi ərazilərində mühəndis qurğularında texniki yoxlamalar aparılacaq Bu gün, 19:48 İşğaldan azad olunmuş ərazilərdə işəgötürənlərlə növbəti görüş keçirilib Bu gün, 19:48 SON DƏQİQƏ - Azərbaycanda zəlzələ oldu Bu gün, 19:48 Mehriban Əliyeva sosial şəbəkə hesablarında Bilgəh incəsənət məktəbinin açılışı ilə bağlı videoçarx paylaşıb Bu gün, 19:48 Donald Tramp İranın Ali rəhbəri Müctəba Xameneinin yaralandığını hesab edir Bu gün, 19:48 Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsinə başlanılır Bu gün, 19:48 Sona Ağayeva Cənubi Koreyada dünya çempionatında mübarizə aparacaq Bu gün, 18:48 Ziroat Mirziyoyeva Mehriban Əliyevaya zəng edib Bu gün, 18:48 Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik edib Bu gün, 18:48 Valentina Matviyenko Mehriban Əliyevanı təbrik edib Bu gün, 18:48 Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib Bu gün, 18:48 Avropa çempionatı: Portuqaliya millisi Bakıda ilk qələbəsini qazanıb Bu gün, 18:48 Qaradağda dörd mindən çox qəlyan tütünü qanunsuz dövriyyədən çıxarılıb Bu gün, 17:48 10 KOB subyekti vergi güzəştindən yararlanacaq Bu gün, 17:48 Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib Bu gün, 17:48 Aşağı keçid balları MÜZAKİRƏ EDİLDİ Bu gün, 17:48 Erməni revanşistlərin gələcəyi sual altında: "Cinayətkarlar əməllərinin cəzasını çəkməlidirlər" Bu gün, 17:48 Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib Bu gün, 17:48 Fuad Hüseynəliyev: Media Azərbaycan və Özbəkistan xalqlarını yaxınlaşdırır Bu gün, 17:48 Anasını qətlə yetirən oğluna HÖKM OXUNDU Bu gün, 17:48 Rusiyadan gətirilən sosislərdə salmonella iddiası: AQTA nəticəni açıqladı Bu gün, 16:48 Ali məktəblərə qəbul olanların siyahısı və keçid balları açıqlanıb Bu gün, 16:48 Meşələrdən meyvə toplayanlar cərimələnirlər? - RƏSMİ AÇIQLAMA Bu gün, 16:48 İncəsənət məktəbləri üçün 5 yeni yaradıcı istiqamət üzrə tədris proqramları hazırlanıb Bu gün, 16:48 Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib - FOTO Bu gün, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR