19-08-2026, 10:48 24

Pensiya kapitalı ilə bağlı vətəndaşları SEVİNDİRƏCƏK YENİ TƏKLİF

"Hazırda pensiya kapitalı ən çox müzakirə olunan məsələlərdən biridir. Milli Məclisin Əmək və sosial siyasət komitəsində təkliflər təqdim olunub ki, vətəndaş dünyasını dəyişdiyi halda onun topladığı pensiya kapitalının müəyyən hissəsi, ən azı 30 faizi varisin hesabına köçürülsün və varis həmin vəsaitdən istifadə edə bilsin".

AVESTA.AZ-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Deputat əlavə edib ki, burada iki əsas məsələ var: pensiya kapitalından istifadə imkanlarının genişləndirilməsi və vətəndaş dünyasını dəyişdikdən sonra həmin kapitalın taleyi:

"Hazırda vətəndaş pensiya aldığı dövrdə dünyasını dəyişərsə, müəyyən hallarda onun həyat yoldaşı və ya qanunvericilikdə nəzərdə tutulan şərtlərə cavab verən övladları pensiya ödənişindən yararlana bilirlər. Lakin pensiya kapitalı ilə bağlı yanaşma fərqlidir.

Bu istiqamətdə müxtəlif ölkələrin təcrübələri də araşdırılıb. Məsələn, Sinqapur və Qazaxıstanda pensiya kapitalından pensiya yaşına çatmadan müəyyən məqsədlər üçün istifadə imkanları mövcuddur. Bu vəsait daşınmaz əmlakın alınmasına, kreditlərin ödənilməsinə və ya təhsil xərclərinə yönəldilə bilər. Müxtəlif ölkələrdə bununla bağlı fərqli modellər tətbiq olunur.

İnkişaf etmiş ölkələrin təcrübəsində diqqətçəkən məqamlardan biri də minimum və orta pensiya kapitalı anlayışlarının mövcudluğudur. Təklifimiz ondan ibarətdir ki, Azərbaycanda da orta pensiya kapitalı anlayışı qanunvericiliyə daxil edilsin. Vətəndaş minimum və orta pensiya kapitalını təmin etdikdən sonra ondan artıq topladığı vəsaitdən pensiya yaşına çatmadan müəyyən istiqamətlər üzrə istifadə edə bilsin.

Burada əsas məqsəd həm vətəndaşın pensiya təminatını qorumaq, həm də onun topladığı vəsaitdən daha çevik şəkildə yararlanmasına imkan yaratmaqdır".

Vüqar Bayramov həmçinin qeyd edib ki, digər mühüm məsələ isə pensiya yaşına çatmadan dünyasını dəyişən şəxslərin pensiya kapitalının varislərinə ötürülməsidir:

"Hesab edirəm ki, belə hallarda pensiya kapitalının müəyyən hissəsinin varisin hesabına köçürülməsi məqsədəuyğun olardı. Çünki vətəndaş uzun illər ərzində topladığı vəsaitdən özü istifadə edə bilmirsə, onun varislərinin həmin kapitaldan yararlanması həm sosial, həm də iqtisadi baxımdan əhəmiyyətlidir. Bu, eyni zamanda vətəndaşın pensiya kapitalına gələcək üçün bir yığım kimi yanaşmasını təmin edə bilər.

Belə bir mexanizm insanların rəsmi əmək münasibətlərində marağını da artıra bilər. Vətəndaş anlayar ki, əmək müqaviləsi ilə işləyərək topladığı pensiya kapitalı yalnız onun gələcək pensiya təminatına deyil, dünyasını dəyişəcəyi halda ailəsinə və övladlarına da fayda verə bilər.

Bu baxımdan, insanların əmək müqaviləsinin rəsmiləşdirilməsində və gəlirlərinin tam göstərilməsində marağı arta bilər. Pensiya kapitalının müəyyən hissəsinin varislərə ötürülməsi həm sosial ödənişlərə marağı, həm də rəsmi məşğulluğu stimullaşdıra bilər".

Orxan Hüseyn

Paylaş

Xəbər lenti

İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib Bu gün, 14:48 Azərbaycanın Milli Qəhrəmanının son durumu açıqlandı Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır Bu gün, 14:48 İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib Bu gün, 14:48 Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib Bu gün, 14:48 Ceyhun Bayramov: Azad edilmiş ərazilərdə çalışan Niderland şirkətlərinin sayının artırılması üçün potensial var Bu gün, 14:48 Meksikada Vens qasırğası ilə bağlı dörd ştatda xəbərdarlıq edilib Bu gün, 14:48 Bakıda yanğın təhlükəsizliyi qaydalarını pozan restoranın fəaliyyəti dayandırılıb Bu gün, 14:48 Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? - Tarif Şurasından açıqlama Bu gün, 13:48 Azərbaycanda Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradılıb Bu gün, 13:48 Azərbaycanla Özbəkistan arasında turizm və mədəniyyət sahələrində əməkdaşlıq sazişləri təsdiqlənib Bu gün, 13:48 Ötən həftə 997 ha ərazi minalardan təmizlənib Bu gün, 13:48 "Sabah" 30 illik çempionat tarixinin rekordunu təkrarladı Bu gün, 13:48 Abşeronda yolun təmiri çərçivəsində drenaj sistemi qurulacaq Bu gün, 13:48 Mayk Tayson türk serialına çəkiləcək Bu gün, 13:48 66 yaşlı aktyor 30 yaş kiçik sevgilisi ilə evləndi Bu gün, 13:48 Pensiya kapitalının 30 faizi vərəsələrə ödənilə bilər - YENİ AÇIQLAMA Bu gün, 12:53 Babası Xalq artisti, atası səfir olan Eldar İsgəndərovun HOLLİVUD UĞURU Bu gün, 12:52 İlham Əliyev Avstriya Prezidentini təbrik edib Bu gün, 12:52 Bakıda ağacları kəsərkən qayda pozuntusuna yol verən əməkdaş işdən çıxarılıb Bu gün, 12:49 Ceyhun Bayramovun Niderland XİN rəhbəri ilə görüşü başlayıb Bu gün, 12:49 Moskvada universitetdə bomba həyəcanı: tələbə və əməkdaşlar təxliyə edildi Bu gün, 12:49 Moskvada PUA hücumları səbəbindən 109 aviareys gecikib və ya ləğv edilib Bu gün, 12:49 Elm və Təhsil Nazirliyi: İranlı nazirin açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilə cəhdidir Bu gün, 12:49 Azərbaycan Prezidenti İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib Bu gün, 12:48 AYNA-dan sürücülərə yenilik: Parklanma daha rahat olacaq Bu gün, 12:48 Niderlandın XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib Bu gün, 12:48 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya... Bu gün, 12:48 Bakıda sabah 21° isti olacaq Bu gün, 12:48 Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi Bu gün, 12:48 Arabasıyla yolu bağlayıb, sürücüləri dəmirlə hədələyən şəxs saxlanıldı Bu gün, 12:48 Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib - Davanın yeni görüntüləri Bu gün, 10:48 Bakıda "Karl Maks"da növbəti qəza: Avtomobillər toqquşdu Bu gün, 10:48 Murad Əhmədiyev dünya çempionatını medalsız başa vurub Bu gün, 10:48 Azərbaycanlı gənc müğənni "Eurovision Song Contest Asia"nin açılışında çıxış edəcək Bu gün, 10:48 Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - Bütün növ əmək pensiyaları artacaq Bu gün, 10:48 Arzuxan Əlizadənin həbsdəki oğlu ilə bağlı yeni detal Bu gün, 10:48 Aygün Kazımova Zeytun Festivalının bağlanışında çıxış etdi Bu gün, 10:48 "Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi: Səbəb Bu gün, 10:48 Lula da Silva yenidən Braziliya prezidenti oldu Bu gün, 09:48 Qubadlı əməliyyatının az bilinən detalları: Xanlıqda nə baş verib? Bu gün, 09:48 Uşaqlara zorakılıq, küçələrdə təhlükə: Məsuliyyətsizlik haradan başlayır? Bu gün, 09:48 Dünya çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayır Bu gün, 09:48 İnfantino "Sabah" - "Qarabağ" oyunundan yazdı Bu gün, 09:48 Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib Bu gün, 09:48 Bu küçədə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq Bu gün, 09:48 U-15 dünya çempionatı: Azərbaycan millisi daha iki matç keçirəcək Bu gün, 08:48 Bakıda iki rayonda qaz olmayacaq Bu gün, 08:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR