
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Hapoel" (Beer-Şeva, İsrail) - "Sabah" oyununda ikinci qol vurulub.
BAKU.WS xəbər verir ki, İsrail təmsilçisi 43-cü dəqiqədə bərabərlik qolunu vura bilib.
***23:08
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Hapoel" (Beer-Şeva, İsrail) - "Sabah" oyununda hesab açılıb.
BAKU.WS xəbər verir ki, matçda ilk qolu Azərbaycan təmsilçisi vurub.
6-cı dəqiqədə Velko Simiç fərqlənib.
***23:00
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Hapoel" (Beer-Şeva, İsrail) - "Sabah" oyunu başlayıb.
BAKU.WS xəbər verir ki, matç Rumıniyanın paytaxtı Buxarestdəki "Quleşti" stadionunda keçirilir.
Qarşılaşmanın baş hakimi italiyalı FIFA referisi Davide Massadır.
Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
***22:29
UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Rumıniyanın paytaxtı Buxarestdə üz-üzə gələcək İsrailin "Hapoel" (Beer-Şeva) və Azərbaycanın "Sabah" komandalarının start heyətləri açıqlanıb.
BAKU.WS xəbər verir ki, komandalar Bakı vaxtı ilə saat 23:00-da start götürəcək matçda meydana aşağıdakı "11"lərlə çıxacaqlar:
"Hapoel": 1. Ofir Marsiano, 2. Qay Mizrahi, 4. Migel Vitor, 5. Pedro Amador, 12. İtay Rotman, 7. Eliel Peretz, 25. Lukas Ventura, 28. Niv Yehoşua, 9. Zahi Ahmed, 66. İqor Zlatanoviç, 20. Ceyvon İst.
Baş məşqçi: Ran Kojux.
"Sabah": 92. Stas Pokatilov, 3. Stiv Solve, 5. Rəhman Daşdəmirov, 27. Timoteuş Puxaç, 80. Akim Zedadka, 13. İvan Lepinitsa, 7. Umarali Raxmonaliyev, 10. Aleksey İsayev, 20. Coy-Lens Mikels, 21. Velko Simiç, 34. Ksander Severina.
Baş məşqçi: Valdas Dambrauskas.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.