
Argentina yığmasının yarımmüdafiəçisi Leandro Paredes ABŞ-də keçirilən dünya çempionatının finalında komandasının İspaniyaya məğlubiyyətindən sonrakı davranışına görə 10 beynəlxalq matçdan diskvalifikasiya edilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Vanguard" portalı FİFA-nın bəyanatına istinadən məlumat yayıb.
Paredes həmçinin 90 min dollar cərimələnib.
Portal qeyd edib ki, o, Argentinanın İspaniyaya 1:0 hesabı ilə uduzduğu Nyu-Cersidəki final matçında baş vermiş hadisələrə görə diskvalifikasiya edilən və cərimələnən bir neçə argentinalı oyunçudan biri olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.