
Sumqayıt şəhərində fərdi yaşayış evindəki yanğın söndürülüb.
Bu barədə AVESTA.AZ -ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, yanğınsöndürənlər tərəfindən ümumi sahəsi 120 kvadrat metr olan birmərtəbəli fərdi yaşayış evində baş verən yanğın qısa müddətdə söndürülüb.
Sumqayıtda fərdi yaşayış evində baş verən yanğın söndürülüb
***
Sumqayıt şəhərinin Yaşıl Dərə yaşayış massivində fərdi yaşayış evində yanğın baş verib.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, yanğın zamanı ev sahibi xəsarət alıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub.
Hadisənin təfərrüatları və yanğının başvermə səbəbləri araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.