Bu gün, 12:48 62

İsrail mediası

Bakının "Sabah" futbol klubunun İsrailin Beer-Şeva təmsilçisi olan "Hapoel" komandası ilə qarşıdurmadakı qələbəsi və Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması İsrailin aparıcı xəbər platformaları tərəfindən geniş işıqlandırılıb.

AVESTA.AZ report-a istinadən xəbər verir ki, İsrail mediasının dünən Bakıda komandalar arasında baş tutmuş oyunu necə işıqlandırmasına dair daycest hazırlayıb.

İsrailin ən böyük xəbər saytlarından biri olan "Ynet" "Hapoel"in məğlubiyyətini "ağrılı" adlandırıb.

"Böyük xəyal ən son anda və ən ağrılı şəkildə puç oldu: "Hapoel"i Çempionlar Liqasının əsas mərhələsinə tarixi vəsiqə qazanmasından təxminən 10 saniyə vaxt ayırırdı. İsrail çempionu ilk görüşdən sonra 2:1 hesablı üstünlüklə Azərbaycana cavab oyununa gəlmişdi və iki dəfə önə keçmişdi, lakin 94-cü dəqiqədə buraxılan top oyunu əlavə vaxta daşıdı. Orada komanda daha iki dəfə qol buraxdı, iki qırmızı vərəqə aldı və yekunda "Sabah"a 2:5 hesabı ilə məğlub oldu", - portal qeyd edir.

Nəşr Azərbaycan komandası ilə qarşıdurma ilə bağlı yazır: "Bu, "Hapoel"in Çempionlar Liqasının əsas mərhələsinə çata bilmədiyi artıq üçüncü və bəlkə də, ən ağrılı haldır".

İsrail mediası

Eyni zamanda, ölkənin əsas internet qəzetlərindən biri olan "The Times of Israel" qeyd edir ki, 2022-ci ildən bəri heç bir İsrail komandası Çempionlar Liqasının əsas mərhələsində oynamayıb.

"Meydan sahibləri ("Sabah" - red.) ilk matçdakı məğlubiyyətdən sonra hesabı bərabərləşdirdilər, əlavə vaxtı oynadılar, daha sonra isə İsrail klubuna 6-4 hesabı ilə qalib gəldilər", - qəzet qeyd edir.

İsrailin ən qədim və tanınmış qəzetlərindən biri olan "Haaretz" də "Hapoel"in Çempionlar Liqasının əsas mərhələsinə düşmək şansını əldən verdiyini vurğulayıb.

"Azərbaycan çempionu "Sabah"la ilk matçdan sonra 2:1 üstünlüyə malik olan "Hapoel" bilirdi ki, növbəti mərhələyə keçmək, pley-off mərhələsini adlamaq üçün uduzmamaq (Bakıda - red.) kifayət idi", - qəzet qeyd edir.

İsrail mediası
"Haaretz" qeyd edir ki, İsrail klubunun Bakıda 2:1 hesabı ilə öndə olmasına baxmayaraq, "Sabah" son sözünü deməmişdi.

"Qalan vaxtda "Hapoel" hesabı qorumağa üstünlük verdi. Martsiano Ofirin yaxşı oyunu (qapıçı - red.) komandanı bir neçə dəfə xilas etdi. Lakin "Sabah" kembek etdi və oyunun əsas vaxtının son saniyələrində hesabı 3:2 etdi", - "Haaretz"də qeyd ediblər.

"Nəticədə "Hapoel" növbəti dəfə yalnız Avropa Liqasında oynamaqla kifayətlənmək məcburiyyətində qaldı", - nəşr vurğulayır.

İdman portallarından biri - sport1.maariv də Bakıdakı matçı "paramparça olmuş arzular" adlandırıb.

Paylaş

Xəbər lenti

İsrail mediası "Hapoel"in "Sabah"a məğlubiyyəti haqqında: Böyük xəyal son anda puç oldu - DAYCEST Bu gün, 12:48 Polad Bülbüloğlunun yeni həyat yoldaşı tanınmış rəqqasə imiş Bu gün, 12:48 Tanınmış vəkilin məmur qardaşı ağır xəstəlikdən öldü Bu gün, 12:48 Azərbaycanda bu ad cəmi 3 uşağa verilib Bu gün, 12:48 Azərbaycanda 7 ayda dövlət xəttilə 238 milyon manat ipoteka krediti verilib Bu gün, 12:48 İllərin dostluğunu pozan mahnı: "Laçınım"ın müəllifi gizli məqamlardan danışdı Bu gün, 12:48 Bu şəhərin bəzi ərazilərində qaz olmayacaq Bu gün, 12:48 Çempionlar Liqası: "Sabah" təsnifat mərhəsinin ən intizamlı komandası olub Bu gün, 12:48 Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər Bu gün, 12:48 Azərbaycan-Gürcüstan sərhədində nəqliyyatın sıxlığı aradan qaldırılıb Bu gün, 12:48 Xırdalanda körpə 7-ci mərtəbədən yıxılaraq ölüb Bu gün, 11:48 Prezident İlham Əliyev "Sabah"ı təbrik edib Bu gün, 11:48 Azərbaycanda daha bir universitetdə erməni dili tədris ediləcək - RƏSMİ Bu gün, 11:48 Rusiya, Özbəkistan və Azərbaycan Şəmail ən-Nəbi əlyazmasının nəşri üzrə birgə layihə həyata keçiriblər Bu gün, 11:48 Azərbaycanlı idmançı UFC-də nadir fəndlə QALİB GƏLDİ Bu gün, 11:48 Bu il ali məktəbə qəbul olunan ən yaşlı tələbənin 58 yaşı var Bu gün, 11:48 Tamstore 100-cü mağazasını açaraq üçillik hədəfinə vaxtından əvvəl nail olub Bu gün, 11:48 Türkiyəli teleaparıcı: Media Azərbaycan və Türkiyə arasında körpü rolunu oynayır Bu gün, 11:48 Bakıda avtobus 3 maşını əzib hasara çırpıldı Bu gün, 11:48 Arvadını döyən şəxs cinayət məsuliyyətindən azad edildi - SƏBƏB Bu gün, 10:48 Ətrafı tullantılarla çirkləndirən "Ford" sürücüsünə Baş Dövlət Yol Polisi İdarəsindən REAKSİYA Bu gün, 10:48 Bakıda tikilidə yanğın olub, 36 yaşlı kişinin meyiti aşkarlanıb Bu gün, 10:48 Ağdamın Xıdırlı və Kəngərli kəndlərinin sakinlərinə səyyar tibbi xidmət göstərilib Bu gün, 10:48 Azərbaycan UEFA reytinqində Sloveniyanı geridə qoyaraq İsrailə çatıb Bu gün, 10:48 Azərbaycanda istiqraz bazarının təkrar seqmenti avtomatlaşdırılır Bu gün, 10:48 Naxçıvan şəhərinin bəzi ərazilərində qaz olmayacaq Bu gün, 10:48 Kəmaləddin Heydərov Kəlbəcərdə vətəndaş qəbulu keçirəcək Bu gün, 10:48 Azərbaycanda qadınlar kişilərdən daha uzunömürlüdürlər Bu gün, 10:48 Robert Köçəryanın oğlu Sedrak Köçəryan iki aylıq həbs edilib Bu gün, 09:48 Çempionlar Liqasında pley-offun cavab oyunları: "Fənərbağça" "Lion"a qarşı Bu gün, 09:48 Yaponiyada qasırğa səbəbindən 280-dən çox reys ləğv edilib Bu gün, 09:48 AVRO-2026: Azərbaycan millisi bu gün Belçika ilə qarşılaşacaq Bu gün, 09:48 Universitetdəki kəsirləri həll etmək vədi ilə pul alan şəxs azadlığa buraxıldı Bu gün, 09:48 ADB Azərbaycanda sərhəd-keçid məntəqələrini modernləşdirməyə pul ayıracaq Bu gün, 09:48 "Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb Bu gün, 00:48 Frankfurt-Dehli sərnişin təyyarəsi nasazlıq səbəbindən Bakıya məcburi eniş edib Bu gün, 00:48 UEFA Çempionlar Liqası: "Sabah" dördüncü qolu "Hapoel"in qapısından keçirib Dünən, 23:48 FT: Blokadaya görə İranın 20 tankeri Şri-Lanka sahillərində qalıb Dünən, 23:48 Əbədi dostluq – Azərbaycan-Özbəkistan münasibətlərində yeni tarixi mərhələ Dünən, 23:48 Türkiyənin iki vilayətində zəlzələ olub Dünən, 23:48 Sabah 9 rayonun bəzi ərazilərində işıq kəsiləcək Dünən, 23:48 Ərdoğan: Məqsədimiz regionda ədalət, təhlükəsizlik və rifahı təmin etməkdir Dünən, 22:48 Frank-Valter Ştaynmayer: Almaniyada birinci və ikinci dərəcəli vətəndaş yoxdur Dünən, 22:48 Salyanda iki avtomobil toqquşub, bir nəfər ölüb Dünən, 22:48 Qobudakı məktəbdə təmir işləri nə vaxt bitəcək? Dünən, 22:48 UEFA Çempionlar Liqası: "Sabah" - "Hapoel" oyununda əlavə vaxt olacaq Dünən, 22:48 Avropa çempionatı: Niderland millisi Bakıda üçüncü qələbəsini qazanıb Dünən, 21:48 Azərbaycan Çöl Sivilizasiyasının Tədqiqi üzrə Beynəlxalq Konsorsiuma qoşulacaq Dünən, 21:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR