Bu gün, 18:48 20

Britaniyalı şəhərsalma mütəxəssisi Şuşada Baş planın icrası haqqında danışıb

"Chapman Taylor" beynəlxalq məsləhətçi şirkətinin İdarə Heyətinin üzvü Marselina Zielinska Qarabağa növbəti səfəri ilə bağlı təəssüratlarını bölüşüb.

BAKU.WS report-a istinadən xəbər verir ki, o, özünün "LinkedIn" sosial şəbəkə hesabında paylaşımında səfər çərçivəsində şirkətin mütəxəssislərinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri ilə birlikdə Şuşada həyata keçirilən layihələrin icra vəziyyəti ilə tanış olduqlarını bildirib. Zielinskanın paylaşımında şəhərdə aparılan bərpa və quruculuq işlərinin nəticələri, eləcə də Baş planda nəzərdə tutulan şəhərsalma həllərinin mərhələli şəkildə həyata keçirilməsi diqqətə çatdırılıb.

Şirkət nümayəndəsi şəhərin ilk yaşayış məhəllələrindən birində formalaşan yeni həyata xüsusi diqqət çəkərək yazıb ki, burada artıq ailələr məskunlaşıb, supermarket, aptek və iki gözəllik salonu da daxil olmaqla ticarət və xidmət obyektləri fəaliyyət göstərir.

"Məhəllənin necə canlandığını görmək düşünülmüş planlaşdırma və dizaynın cəmiyyətə göstərdiyi təsirin sübutudur", – deyə Zielinska bildirib.

Paylaşımda Şuşanın əsas ictimai və ticarət məkanlarından birinə çevrilən Qarabağ küçəsi ilə bağlı məqamlar da əks olunub. Zielinskanın sözlərinə görə, küçə üçün hazırlanmış konsepsiyanın icrası yekunlaşmaq üzrədir. Burada kommersiya obyektlərinin hamısı hələ fəaliyyətə başlamasa da, küçə artıq işıqlı və canlıdır, piyadaların fəal istifadə etdiyi şəhər məkanına çevrilir.

Mütəxəssis yazır ki, küçənin memarlıq tərtibatında yerli təbii daşlardan istifadə edilib, ərazi isə piyadalar və nəqliyyat vasitələri üçün vahid məkan (shared space) prinsipi əsasında təşkil olunub. Bu yanaşma isə daha rahat, təhlükəsiz və insanyönümlü şəhər mühitinin formalaşmasına imkan verir.

Sözügedən layihələr Şuşanın kompleks şəhərsalma inkişafının tərkib hissəsidir. Şəhərin 2040-cı ilədək inkişafına dair Baş planını Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə "Chapman Taylor" və Bakı Dövlət Layihə İnstitutu hazırlayıb və 2024-cü ildə Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilib.

Xatırladaq ki, 506 hektar ərazini əhatə edən Baş plan Şuşanın tarixi-memarlıq kimliyinin və unikal təbii landşaftının qorunmasını, eyni zamanda, müasir şəhərsalma həllərinin tətbiqini nəzərdə tutur. Sənədin əsas yanaşmalarından birini sakinlərin gündəlik tələbatlarını yaşayış məhəllələrinin yaxınlığında qarşılamağa imkan verən "15 dəqiqəlik şəhər" konsepsiyası təşkil edir.

Baş planda müasir nəqliyyat həlləri, keyfiyyətli ictimai məkanlar və ekoloji infrastruktur da əsas istiqamətlər kimi müəyyənləşdirilib. Bu yanaşmaların nəticələri artıq şəhər mühitində özünü göstərir. Tam elektrikləşdirilmiş ictimai nəqliyyat, yeraltı tullantı toplama və çeşidləmə sistemi buna nümunədir.

Britaniyalı ekspertin paylaşımı əslində Baş planda nəzərdə tutulan şəhərsalma həllərinin artıq real şəhər mühitində öz əksini tapdığını, Şuşanın tarixi siması və memarlıq kimliyi qorunmaqla müasir, rahat və dayanıqlı şəhər kimi inkişaf etdiyini, onun bərpaolunan məhəllələrinə həyatın yenidən qayıtdığını göstərir.

Paylaş

Xəbər lenti

UEFA Konfrans Liqası: "Qarabağ" - "Tvente" matçının start heyətləri AÇIQLANDI Bu gün, 19:48 Azərbaycan investisiyalarının Tacikistana cəlb edilməsi müzakirə edilib Bu gün, 19:48 Ərdoğanla Tokayev arasında telefon danışığı baş tutub Bu gün, 19:48 Pezeşkian: İran beynəlxalq arenada sülhsevər yanaşmaya malikdir Bu gün, 19:48 Suriya və Səudiyyə Ərəbistanı birgə bank yaradacaq Bu gün, 19:48 Marianxeles Belluşi Mehriban Əliyevanı təbrik edib Bu gün, 19:48 Göygöldə örüş sahələri qanunsuz zəbt edilib? - İcra hakimiyyətindən REAKSİYA Bu gün, 19:48 Bir məktəblini hazırlamaq neçəyə başa gəlir? Bu gün, 18:48 44 yaşlı Dima Bilan baba oldu Bu gün, 18:48 Britaniyalı şəhərsalma mütəxəssisi Şuşada Baş planın icrası haqqında danışıb Bu gün, 18:48 Şahi-Zində və Uluqbəy rəsədxanası mediaforum nümayəndələrini heyran edib Bu gün, 18:48 Paytaxtda 18 istiqamətdə sıxlıq müşahidə olunur Bu gün, 18:48 Sabah Ağstafa, Gədəbəy və Tovuzun bir hissəsində qaz olmayacaq Bu gün, 18:48 Böyük Dəbilqə: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub Bu gün, 18:48 Elxan Şirinov: "Səsin və bədən quruluşun bunu dəstəkləyirsə oxuya bilərsən" Bu gün, 17:48 Sabah ilin son tutulması olacaq Bu gün, 17:48 Haaqada "Bosniya qəssabı" Ratko Mladiç ölüb Bu gün, 17:48 Dünyada BİR İLK: Süni intellekt ƏMƏLİYYATDA Bu gün, 17:48 Nepalda daşqınlarda ölənlərin sayı 359-a çatdı, 1300 nəfər itkindir Bu gün, 17:48 Bu ölkədə "Qərbi Nil" virusuna 232 yoluxma, 19 ölüm halı qeydə alındı Bu gün, 17:48 TƏBİB rəhbəri baş həkimi işdən azad etdi Bu gün, 17:48 SOCAR Çin İxrac-İdxal Bankı ilə emal sənayesində əməkdaşlığı müzakirə edib Bu gün, 17:48 Tarkan 2,5 saata 36 milyon qazanacaq Bu gün, 17:48 Rəsmi Bakı Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evi qarşısındakı təxribatı pisləyib Bu gün, 16:48 129 min izləyicisi olan səhifə müştərilərinin başına nə oyun açdı? Bu gün, 16:48 Azərbaycanda "Balıqçılıq haqqında" qanun qüvvəyə mindi Bu gün, 16:48 Sabah ilin son Ay tutulması baş verəcək Bu gün, 16:48 Nepalda daşqınlarda ölənlərin sayı iki dəfə artaraq 332-yə yüksəldi Bu gün, 16:48 9 nömrəli avtobusda sərnişinlərin üzərinə çirkli su axıb Bu gün, 16:48 Bakıda evli qadını şantaj edən şəxs HƏBS OLUNDU Bu gün, 16:48 Moskvada Azərbaycan səfirliyinin qonaq evinin qarşısındakı təxribatın GÖRÜNTÜSÜ Bu gün, 16:48 Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş keçirilib Bu gün, 16:48 272 kiloqram arıqlayan gənci görənlər tanımadı Bu gün, 15:48 Sabah Sabirabadın 10 kəndində qaz kəsiləcək Bu gün, 15:48 "Qarabağ"ın iki yeni transferi Bakıda: Biri nigeriyalı, digəri alman Bu gün, 15:48 Respublika Stadionunun qarşısına avtobusların girişi məhdudlaşdırılıb Bu gün, 15:48 Tatlısesin qızından təsirli paylaşım: "Heç nə etmək istəmirəm!" Bu gün, 15:48 Hava Limanında sərnişində narkotik vasitə aşkarlanıb Bu gün, 15:48 Qaraciyəri yağdan qoruyan maddə adi tərəvəzdə tapıldı Bu gün, 15:48 "Sabah" klubuna 5 milyon manat ayrılıb - SƏRƏNCAM Bu gün, 15:48 Bakı metrosu "Qarabağ"ın oyunu ilə əlaqədar iş rejimini dəyişdirəcək Bu gün, 15:48 Ağsuda 141 baş xırdabuynuzlu heyvan oğurlayan şəxs saxlanılıb Bu gün, 14:48 Paşinyan: Köçəryan və Sarkisyan hər şeyi qəpiyinə qədər xalqa qaytarmalıdır Bu gün, 14:48 Donald Tramp ABŞ-də fövqəladə vəziyyət elan etdi Bu gün, 14:48 Avstriyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib Bu gün, 14:48 Məleykə Abbaszadə: Ötən ilin keçid balı builki keçid balının göstəricisi kimi qəbul edilməməlidir Bu gün, 14:48 500-dən yuxarı bal toplayan - 100-dən çox abituriyent kənarda qaldı Bu gün, 14:48 Bitkoinin qiyməti 2029-cu ilin sonunadək 300 min dollara çata bilər Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR