31-08-2026, 10:48 149

Şimali Kiprdə batan sərnişin gəmisinin kapitanı həbs edilib

Şimali Kipr Türk Respublikasının Girnə şəhəri sahillərində 267 nəfərin olduğu sərnişin gəmisinin batması ilə bağlı araşdırma çərçivəsində kapitan həbs edilib.

BAKU.WS xəbər verir ki, hadisədən sonra kapitanla yanaşı, gəminin 7 əməkdaşı da saxlanılıb. Araşdırmaların ardından kapitan barəsində həbs qərarı çıxarılıb və o, cəzaçəkmə müəssisəsinə göndərilib.

Məlumata görə, "Filo Jet" adlı sərnişin gəmisi avqustun 30-da Girnə limanından Mersinin Taşucu limanına yola düşüb. Limandan ayrıldıqdan qısa müddət sonra gəmi su almağa başlayıb və çox keçmədən çevrilərək dənizin dibinə oturub.

Gəmidə 259 sərnişin və 8 heyət üzvü olmaqla, ümumilikdə 267 nəfər olub. Kapitanın kömək çağırışından sonra əraziyə Sahil Mühafizəsi və axtarış-xilasetmə qrupları göndərilib.

Son məlumatlara görə, hadisə nəticəsində 8 nəfər həyatını itirib, yüzlərlə insan xilas edilib. İtkin düşən şəxslərin axtarışı davam etdirilir.

Bəzi sərnişinlər hadisədən sonra çəkdikləri videolarda kapitanın yüksək sürətlə hərəkət etdiyini iddia ediblər. Digər sərnişinlər isə gəmidə problem olduğunu hiss etdiklərini və kapitana geri qayıtmağı söylədiklərini, lakin onun bunu etmədiyini bildiriblər. Bu iddiaların da araşdırma çərçivəsində yoxlanıldığı qeyd olunur.

Digər 7 ekipaj üzvünün hüquqi statusu ilə bağlı proses davam edir.

Gəminin hansı səbəbdən su aldığı və qısa müddət ərzində çevrildiyi hələlik müəyyən edilməyib. Şimali Kiprin Bayındırlıq və Nəqliyyat naziri Erhan Arıklı hadisə günü dəniz və hava şəraitinin səfər üçün uyğun olduğunu bildirib. O, qəzanın dəqiq səbəbinin istintaq nəticəsində müəyyənləşəcəyini qeyd edib.

Qeyd edək ki, Şimali Kipr Türk Respublikasının Nazirlər Kabineti faciədəki insan tələfatı ilə əlaqədar avqustun 31-dən sentyabrın 2-dək ölkədə üç günlük milli matəm elan edib.

Paylaş

Xəbər lenti

Boks üzrə U-19 dünya çempionatı: Azərbaycanın üç təmsilçisi qələbə qazanıb Bu gün, 12:48 Azərbaycanda yağın qiyməti kəskin BAHALAŞDI Bu gün, 12:48 Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib Bu gün, 12:48 Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırılıb Bu gün, 12:48 Yeni Lexus ES. zəriflik və innovasiyanın yeni nəsli Bu gün, 12:48 Mətbuat Şurası jurnalistlərin adından saxta WhatsApp hesablarının yaradılması ilə bağlı xəbərdarlıq edib Bu gün, 12:48 Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir? Bu gün, 12:48 Sabah rayonlarda yağış yağacaq Bu gün, 12:48 209 nömrəli avtobus yolda tüstü buraxaraq hərəkət edib Bu gün, 12:48 Vətən Müharibəsi Qəhrəmanına yüksək rütbə verildi Bu gün, 11:48 Bakı-Abşeron qatarları nə vaxt metro tezliyində işləyəcək? - RƏSMİ CAVAB Bu gün, 11:48 Ülvi Mehdiyev: Hazırda 52 ölkə ASAN Xidmət təcrübəsini öyrənir Bu gün, 11:48 Ordubada qar yağıb - Faktiki hava Bu gün, 11:48 Azərbaycan və BƏƏ hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb Bu gün, 11:48 ŞOK HADİSƏ: Ərinin cəsədinin üzərinə soğan əkib yedilər Bu gün, 11:48 Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni həbs edilib Bu gün, 11:48 Bunu edən avtobus sürücüləri işdən qovula bilər - RƏSMİ Bu gün, 11:48 Xalq şairi Xəlil Rza Ulutürkün anadan olmasından 94 il ötür Bu gün, 10:48 Mikayıl Cabbarovun İtaliyaya səfəri başlayır Bu gün, 10:48 Masazırda avtomobil piyadanı vuraraq öldürüb Bu gün, 10:48 Pensiya ilə bağlı YENİLİK - Bu şəxslərə aylıq əlavə veriləcək Bu gün, 10:48 Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşıb Bu gün, 10:48 Səfir: "Avropa investisiyalarının Azərbaycanın strateji sektorlarına cəlb edilməsi üzərində işləyirik" Bu gün, 10:48 Moskvada qızılcaya görə karantin: Universitet tələbələri distant təhsilə keçirildi Bu gün, 10:48 "Sabah"ın futbolçusu: "Bu günü heç vaxt unutmayacağam" Bu gün, 09:48 Xəzərin Qazaxıstan sahilində yüzlərlə balıq tələf oldu Bu gün, 09:48 Azərbaycan BMT-ni itkin düşmüş şəxslər məsələsində daha fəal rol oynamağa çağırıb Bu gün, 09:48 UEFA Çempionlar Liqasının III turuna 9 oyunla yekun vurulacaq Bu gün, 09:48 Bakıda yaşayış binasında yanğın: Xəsarət alanlar var Bu gün, 09:48 Qaxda iki dost məktəbli qıza təcavüz etdi - Təfərrüat Bu gün, 09:48 Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat - Ölən var Bu gün, 09:48 Azərbaycan və NATO ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib Bu gün, 09:48 Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? Bu gün, 08:48 UEFA Çempionlar Liqası: PSJ "Barselona"nı məğlub edib Bu gün, 08:48 Bu gün Bakıda bəzi ərazilərdə işıq olmayacaq Bu gün, 08:48 ABŞ-dən Moskvaya yeni təklif: Putinlə görüşdə nələr müzakirə olunacaq? Bu gün, 08:48 57 yaşlı Cennifer Lopez 46 yaşlı Brettlə sevgilidir Bu gün, 00:48 Mincivan qəsəbəsinin işğaldan azad olunmasından 6 il ötür Bu gün, 00:48 Bakıda avtobuslar gecə saat 23:00-dan sonra işləmirlər? – Sərnişinlərdən şikayət Bu gün, 00:48 Sabah Bakının bu ərazilərində işıq olmayacaq - ÜNVANLAR Dünən, 23:48 Bu ölkədə Ebola virusuna ilk yoluxma halı təsdiqlənib Dünən, 23:48 "ABC News": ABŞ və Rusiya bir neçə amerikalının azad edilməsi üzrə razılaşmaya yaxındır Dünən, 23:48 İran zənginləşdirilmiş urandan imtina etmək niyyətində deyil Dünən, 23:48 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib Dünən, 23:48 Zerrin Özerə ağır itki üz verdi Dünən, 23:48 Bakıda çoxmərtəbəli binada yanğın: Hadisə yerindən görüntülər Dünən, 23:48 Culfada baş verən avtomobil qəzasında bir nəfər ölüb, səkkiz nəfər xəsarət alıb Dünən, 22:48 SEPAH: Hörmüzdə 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR