
Bakının Yasamal rayonunda qurumuş ağac təhlükə yaradır.
AVESTA.AZ-ə müraciət edən sakinin sözlərinə görə, 2-ci Alatava ərazisində, Çuxursəəd küçəsində yerləşən ağac quruyub və kökündən çürüməyə başlayıb.
Sakin iddia edir ki, ağacın vəziyyətinə uzun müddətdir heç bir qurum tərəfindən müdaxilə olunmayıb. Onlar güclü külək zamanı ağacın aşaraq insanlara və ətrafdakı əmlaka zərər vura biləcəyindən ehtiyat edirlər.
"Bir az güclü külək əssə, kimin üstünə aşacağı bilinmir. Xahiş edirik, məsələni işıqlandırsınlar və əraziyə baxış keçirərək tədbir görsünlər", - deyə sakinlər bildiriblər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.