
Sevilən aktrisa Nikol Kidman "Praktik Sehr 2" filminin qalasına açıq-saçıq geyimdə qatılıb.
AVESTA.AZ xəbər verir ki, bu barədə "Page Six" məlumat yayıb.
Los-Ancelesdə baş tutan tədbirdə Nikol "Versace" brendinə aid açıq-saçıq libası ilə hamını təəccübləndirib.
Onun geyimində uzun yarıq və enli dekolte kimi diqqətçəkən detallar olub.
Kidman premyerada aktrisalar Sandra Bullok, Coi Kinq, Meyzi Uilyams, eləcə də model Bruks Neyderlə televiziya ulduzu Coş Hollovey ilə birlikdə iştirak edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.