
Əməkdar artist Dilarə Əliyeva sosial şəbəkədə qayınatası, Xalq artisti Vidadi Əliyevi ad günü münasibətilə təbrik edib.
BAKU.WS xəbər verir ki, o qayınatasının şəxsi instaqram hesabında qayınatasının şəkilini paylaşaraq ona uzun ömür can sağlığı arzu edib.
"Sizə uzun ömür arzulayıram! Çox, lap çox yaşayın! Yaşayın ki, Oqtayın ruhu şad olsun! Çünki, əlimizdən yalnız bu gəlir!"
Xatırladaq ki, Vidadi Əliyev 1945-ci ildə, Ağstafa rayonunun Göycəli kəndində doğulub. Bu gün onun 81 yaşı tamam olub. Dilarə Əliyeva Vidadi Əliyevin oğlu, Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevlə ailəli olub.
Oqtay Əliyev 3 il əvvəl avtomobil qəzası keçirərək vəfat edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.