
Havaların tədricən soyuması və bağçalarda tədris prosesinin başlaması ilə uşaqların qapalı və kollektiv mühitdə daha çox təmasda olması mövsümi respirator infeksiyaların yayılması üçün şərait yarada bilər.
BAKU.WS xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.
Bildirilib ki, bu, ilin həmin dövrü üçün xarakterik olan adi haldır və müvafiq gigiyena qaydalarına əməl etməklə riskləri azaltmaq mümkündür: "Valideynlərə tövsiyə olunur ki, uşaqların yaşına uyğun immunizasiyasının vaxtında aparılmasına, düzgün qidalanmasına, yuxu rejiminə riayət olunmasına və şəxsi gigiyena qaydalarına əməl etməsinə diqqət yetirsinlər. Uşaqda qızdırma, öskürək, səpgi, qusma və ya ishal kimi əlamətlər müşahidə olunarsa, onun tam sağalana qədər bağçaya aparılmaması və zərurət olduqda həkimə müraciət edilməsi məqsədəuyğundur".
Qeyd edilib ki, bağçalarda otaqların mütəmadi havalandırılması, təmizlik və şəxsi gigiyena qaydalarına riayət olunması, eləcə də xəstəlik əlamətləri olan uşaqların vaxtında müəyyənləşdirilməsi infeksiyaların yayılma riskini azaltmağa kömək edir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.