1-09-2026, 23:48 153

İordaniya mətbuatı Azərbaycan və Ermənistan liderlərinin Bişkek görüşündən yazıb

İordaniyanın aparıcı mətbu orqanları və xəbər saytlarında Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında avqustun 31-də Bişkekdə keçirilmiş görüşə dair materiallar dərc olunub.

BAKU.WS AZƏRTAC-a istinadla xəbər verir ki, "əl-Ray", "əl-Dustur", "əl-Ğad", "Jordan Daily", "Nayrouz", "Albaladnews" və "əl-Nabz" nəşrlərində yayımlanan xəbərlərdə görüş zamanı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və sülh gündəliyi üzrə əldə olunan irəliləyişlərin müzakirə edildiyi bildirilib.

Yazılarda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın ötən il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzaladığı Birgə Bəyannamənin, eləcə də Azərbaycan və Ermənistan arasında sülh, dövlətlərarası münasibətlərin yaradılması haqqında Sazişin razılaşdırılmış mətninin paraflanmasının tarixi əhəmiyyəti vurğulanıb.

Məqalələrdə sülh prosesinin praktiki nəticələrinə də diqqət yetirilib. Azərbaycanın neft məhsullarının Ermənistana ixracının, üçüncü ölkələrdən taxıl və digər malların Azərbaycan ərazisindən tranzit yolu ilə Ermənistana daşınmasının və iki ölkə arasında ticarət əlaqələrinin yaradılmasının əhəmiyyəti qeyd olunub. Həmçinin Azərbaycan və Ermənistanın işgüzar dairələri arasında təmasların genişləndirilməsi müsbət qiymətləndirilib, iqtisadi, ticarət və enerji sahələrində qarşılıqlı faydalı əməkdaşlığın inkişafı imkanlarının müzakirə edildiyi bildirilib.

Xəbərlərdə dövlət sərhədinin delimitasiyası üzrə Azərbaycan və Ermənistanın müvafiq dövlət komissiyalarının fəaliyyəti barədə fikir mübadiləsi aparıldığı, tərəflərin komissiyaların əldə olunmuş razılaşmalara uyğun fəaliyyətini davam etdirməsinin vacibliyini vurğuladığı diqqətə çatdırılıb.

İordaniya mətbuatında, həmçinin Vaşinqton görüşünün mühüm nəticələrindən biri olan "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) ilə bağlı növbəti praktiki addımların müzakirə edildiyi və marşrut üzrə bağlantı layihələrinin həyata keçirilməsinin əhəmiyyətinin vurğulandığı qeyd olunub.

Yazılarda Ermənistan və Azərbaycan arasında parlament üzvləri və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən etimadqurucu təmasların da müsbət qiymətləndirildiyi bildirilib. Qeyd olunub ki, bu cür təmaslar qarşılıqlı etimadın möhkəmləndirilməsinə və daha geniş sülh gündəliyinin dəstəklənməsinə xidmət edir.

Məlumatlarda Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanın birbaşa təmaslar vasitəsilə davamlı sülhün möhkəmləndirilməsi, dövlətlərarası münasibətlərin normallaşdırılması və regional bağlantıların gücləndirilməsi istiqamətində praktiki addımları davam etdirmək barədə razılığa gəldikləri vurğulanıb.

İordaniya mətbuatı ölkənin Azərbaycan-Ermənistan sülh prosesinə dəstəyinə də diqqət çəkib. Bildirilib ki, İordaniya Xarici İşlər və Mühacir Məsələləri Nazirliyi Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası çərçivəsində dörd kəndlə bağlı əldə olunmuş razılaşmanı, həmçinin sülh və dövlətlərarası münasibətlərin yaradılması haqqında saziş üzrə danışıqların yekunlaşdırılmasını dəstəkləyən bəyanatlar yayıb.

Bundan əlavə, yazılarda Azərbaycan və Ermənistan arasında sülh gündəliyi üzrə Vaşinqtonda əldə olunan irəliləyişlərlə bağlı İordaniya Kralı II Abdullahın ötən il avqustun 11-də Prezident İlham Əliyevlə telefon danışığı apardığı qeyd edilib. Kral II Abdullah əldə olunmuş razılaşmalar münasibətilə Azərbaycan Prezidentini və Azərbaycan xalqını təbrik edib, bu razılaşmaların regionda davamlı sülhün, təhlükəsizliyin və hərtərəfli əməkdaşlığın təmin olunmasına töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Paylaş

Xəbər lenti

57 yaşlı Cennifer Lopez 46 yaşlı Brettlə sevgilidir Bu gün, 00:48 Mincivan qəsəbəsinin işğaldan azad olunmasından 6 il ötür Bu gün, 00:48 Bakıda avtobuslar gecə saat 23:00-dan sonra işləmirlər? – Sərnişinlərdən şikayət Bu gün, 00:48 Sabah Bakının bu ərazilərində işıq olmayacaq - ÜNVANLAR Dünən, 23:48 Bu ölkədə Ebola virusuna ilk yoluxma halı təsdiqlənib Dünən, 23:48 "ABC News": ABŞ və Rusiya bir neçə amerikalının azad edilməsi üzrə razılaşmaya yaxındır Dünən, 23:48 İran zənginləşdirilmiş urandan imtina etmək niyyətində deyil Dünən, 23:48 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib Dünən, 23:48 Zerrin Özerə ağır itki üz verdi Dünən, 23:48 Bakıda çoxmərtəbəli binada yanğın: Hadisə yerindən görüntülər Dünən, 23:48 Culfada baş verən avtomobil qəzasında bir nəfər ölüb, səkkiz nəfər xəsarət alıb Dünən, 22:48 SEPAH: Hörmüzdə 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb Dünən, 22:48 İran Prezidenti: ABŞ danışıqlardan əvvəl sanksiyaları aradan qaldırmalıdır Dünən, 22:48 Hörmüzdəki vəziyyətlə əlaqədar Avropa LNG idxalını 20,8 milyard kubmetr azalda bilər Dünən, 22:48 "Sabah" "Borussiya Dortmund"a məğlub oldu Dünən, 22:48 Bu rayonda 432 şagirdlik yeni məktəb tikiləcək - 4,6 milyon manatlıq LAYİHƏ Dünən, 21:48 İran və İraqdan kürd qruplaşmaları ilə bağlı gözlənilməz qərar Dünən, 21:48 Milli Məclisin növbəti iclası oktyabrın 23-də keçiriləcək Dünən, 21:48 Bakda 15 yaşlı oğlan ürəyindən bıçaqlandı Dünən, 21:48 UEFA Çempionlar Liqası: "Sabah" - "Borussiya" oyununda hesab bərabərləşdi Dünən, 21:48 Sabah Bakıda bu yol bağlanır Dünən, 21:48 Azərbaycana bu ölkələrdən balıqlar gətirilir - SİYAHI Dünən, 21:48 Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi: "Açarı dəyişib evə giriblər" Dünən, 20:48 Castin Biberin keçmiş sevgilisi 34 yaşında vəfat etdi Dünən, 20:48 Zəngilanda Şəhər Günü atəşfəşanlıqla qeyd olunub Dünən, 20:48 Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib Dünən, 20:48 UEFA Çempionlar Liqası: "Sabah" - "Borussiya" oyunu başlayıb Dünən, 20:48 Leyla Abdullayeva ilə Bricit Makron arasında müzakirələr baş tutub Dünən, 19:48 "Haber Global": "Sistemli təxribatlar nəticə vermir - Azərbaycanla kədərdə də, sevincdə də birik" Dünən, 19:48 Azərbaycanda balıqların qiyməti bahalaşıb - SON QİYMƏTLƏR Dünən, 19:48 UEFA Çempionlar Liqası: "Sabah" və "Borussiya" komandalarının start heyətləri açıqlanıb Dünən, 19:48 ARDNF-nin "BlackRock" fonduna investisiyaları 19 %-dən çox artıb Dünən, 19:48 Türkiyədə qadın alt paltarı mağazasının dualarla açılışı edildi Dünən, 18:48 Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başlayıb Dünən, 18:48 Kadir İnanırın sürücüsü: "Ona qan verdim deyə işdən qovuldum" Dünən, 18:48 Vüsal Şilderin qətlinin şahidi: "Oğlanın boğazından vurdular, qan hər yanı götürdü" Dünən, 18:48 Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub Dünən, 18:48 Bu ərazidə yollar təmir olunacaq - KÜÇƏLƏRİN ADLARI Dünən, 18:48 Aşqabadda MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisi açılıb Dünən, 18:48 Azərbaycan XİN Fransaya səfərlə bağlı xəbərdarlıq edib Dünən, 18:48 4 yaşlı qızını itirən Türkiyə gözəli: "Mümkün olsaydı, ürəyimi ona verərdim" Dünən, 17:49 Qaxda məktəbdə şagird sinif yoldaşına xəsarət yetirib Dünən, 17:49 Nəriman Nərimanovun Şəkiyə gəldiyi fayton - MÜZEYDƏ SƏRGİLƏNİR Dünən, 17:48 Bakının Yeni Həyat küçəsində təmir işləri aparılacaq Dünən, 17:48 Kriştiano Ronaldo "Əl-Nəsr" klubunun ortağı ola bilər Dünən, 17:48 "Qarabağ" və "Neftçi" Azərbaycan derbisində yaşananlara görə cərimələnib Dünən, 17:48 MKA: Dövlət rəsmilərinin yaxınlarına qarşı kütləvi kiberdələduzluq cəhdləri müşahidə olunur Dünən, 17:48 Türkiyədə seldən ölənlərin sayı 10-a çatdı Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR