
Rusiyanın Engels şəhərində Rusiya Aerokosmik Qüvvələrinin zabiti Nikolay Varpaxoviçə qarşı sui-qəsd cəhdi baş verib.
AVESTA.AZ "Baza" teleqram kanalına istinadən xəbər verir ki, motosikletlə hərbçinin yaşadığı ünvana gələn naməlum şəxs ona atəş açıb.
Hücum edən şəxsin kimliyini gizlətmək üçün dəbilqədən istifadə etdiyi bildirilir.
Hadisə zamanı zabit yaralanıb, onun sürücüsü də güllə yarası alıb.
"Shot" kanalının məlumatına əsasən, Varpaxoviçin vəziyyəti ağır qiymətləndirilir. Bildirilir ki, güllələrdən biri onun üz nahiyəsinə, digəri isə bədəninə dəyib.
Hərbçi ilkin olaraq Engelsdə xəstəxanaya yerləşdirilsə də, daha sonra müalicə üçün Saratova aparılıb.
Hadisə ilə bağlı hücumun motivi və şübhəlinin kimliyi hələlik açıqlanmayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.