
Bakının Xəzər rayonu ərazisində güclü yanğın başlayıb.
Bu barədə hadisə şahidləri AVESTA.AZ-in "qaynar xətti"nə məlumat veriblər.
Bildirilir ki, hazırda ərazini qara və qatı duman bürüyüb. Sakinlər bundan narahat olduqlarını bildiriblər.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyindən AVESTA.AZ-ə bildirilib ki, yanğın Binə qəsəbəsində açıq ərazidəv başlayıb.
Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib. Yanğın nəzarətə götürülüb. Hazırda alovun söndürülməsi istiqamətində iş gedir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.