
"Qarabağ"ın sabiq hücumçusu Kamilo Duran Şotlandiya çempionatında avqust ayının ən yaxşı futbolçusu seçilib.
BAKU.WS xəbər verir ki, kolumbiyalı forvard "Seltik"də avqust ayında keçirdiyi 7 oyunda 6 qol vurub.
Duran "Falkirk"lə matçda komandasının hər iki qoluna imza ataraq qələbəni təmin edib.
Qeyd edək ki, 5,5 milyon avro qarşılığında "Qarabağ"dan "Seltik"ə transfer olunan futbolçu yeni klubunda uğurlu çıxışı ilə diqqət çəkir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.