
İtaliyanın Baş naziri Corcia Meloni Azərbaycan Prezidenti İlham Əliyevə hökumət başçısı postunda ən uzun müddət qalması münasibətilə təbrikinə görə təşəkkür edib.
AVESTA.AZ xəbər verir ki, Corcia Meloni bu barədə "X" sosial şəbəkə hesabında yazıb.
"Əziz Prezident İlham Əliyev, bu sözlərə və xalqlarımızı birləşdirən səmimi dostluğa görə təşəkkür edirəm", - deyə Meloni vurğulayıb.
Baş nazir bildirib ki, son illər ərzində İtaliya və Azərbaycan ortaq baxış və maraqlara əsaslanan möhkəm əməkdaşlıq qurublar.
"Strateji tərəfdaşlığımızın möhkəmləndirilməsi istiqamətində birlikdə gördüyümüz işlə çox fəxr edirəm və əminəm ki, qarşıda bizi xalqlarımızın maraqları naminə yeni mühüm əməkdaşlıq imkanları gözləyir", - deyə o qeyd edib.
Grazie, caro @presidentaz Aliyev, per queste parole e per la sincera amicizia che lega le nostre Nazioni ????????????????
— Giorgia Meloni (@GiorgiaMeloni) September 4, 2026
Italia e Azerbaigian hanno costruito negli anni una collaborazione solida, fondata su una visione e interessi condivisi.
Sono molto orgogliosa del lavoro che abbiamo… https://t.co/kDTVM1FoYX
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.