4-09-2026, 20:48 150

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

Bu gün Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Lənkəran, Şirvan və Yevlax şəhərlərində inşa etdiyi yaşayış komplekslərində güzəştli mənzillərin seçimi həyata keçirilib.

AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, ümumilikdə 535 mənzilin həm ipoteka krediti, həm də şəxsi vəsait hesabına əldə edilməsi üçün seçim prosesi müəyyən edilmiş qaydalara uyğun şəkildə baş tutub. Prosesə MİDA-nın inzibati binasında yaradılmış operativ qərargahdan nəzarət edilib.

MİDA-nın elektron satış sistemi müxtəlif dövrlərdə kiber müdaxilə cəhdləri ilə üzləşsə də, son iki seçim prosesi heç bir kənar müdaxilə olmadan baş tutub.

MİDA-nın Aparat rəhbəri Cəmşid Əmirov jurnalistlərə açıqlamasında bildirib ki, son seçimlər zamanı təhlükəsizlik tədbirləri əhəmiyyətli dərəcədə gücləndirilib.

"Sistemdə tətbiq edilən yeniliklərin və tərəfimizdən görülən təhlükəsizlik tədbirlərinin əsas məqsədi hər bir vətəndaş üçün bərabər seçim şəraitinin yaradılması, şəffaflığın və operativliyin, eyni zamanda seçim prosesinin tam təhlükəsiz formatda keçirilməsinin təmin edilməsidir", - deyə o bildirib.

Bugünkü seçim prosesində bir neçə dövlət qurumunun iştirakı elektron mənzil seçiminə nəzarətin daha çoxpilləli xarakter aldığını göstərir.

Prosesə Dövlət Təhlükəsizliyi Xidməti (DTX), Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, "AzInTelecom" MMC, həmçinin media nümayəndələrinin cəlb olunması mümkün risklərin müxtəlif istiqamətlərdən qiymətləndirilməsinə və prosesin şəffaflığının artırılmasına xidmət edir.

Elektron seçim prosesinin qorunması yalnız texniki imkanların artırılması ilə məhdudlaşmır. Burada əsas məsələ hər bir vətəndaşın seçimə eyni şərtlərlə daxil olmasının və mənzil seçiminin kənar müdaxilələrdən qorunmasının təmin edilməsidir.

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

Yüksək tələbat kiber riskləri artırır

Mənzil seçiminin onlayn həyata keçirilməsi prosesin sürətini və əlçatanlığını artırsa da, elektron sistemə kənar müdaxilə cəhdləri ilə bağlı riskləri də gündəmə gətirir.

MİDA-nın elektron satış sistemi müxtəlif dövrlərdə kiber müdaxilə cəhdləri ilə üzləşib. Ən genişmiqyaslı hadisələrdən biri 30 mart 2022-ci ildə baş verib. Həmin gün Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində güzəştli əsaslarla satışa çıxarılan 442 mənzilin 60 %-nin xüsusi kompüter proqramlarından istifadə edilməklə əldə edildiyi müəyyənləşdirilib.

Araşdırmalar zamanı bir sıra şəxslərin əvvəlcədən əlbir olaraq qrup halında hərəkət etdiyi, "Güzəştli mənzil" sistemi istifadəçilərinə qeyri-qanuni yolla mənzil əldə etməyə imkan verən xüsusi proqram təminatı hazırladığı məlum olub.

Mənzil seçimi zamanı eyni IP ünvanından eyni vaxtda bir neçə mənzilin alınması da prosesə kənar müdaxilənin əsas göstəricilərindən biri kimi müəyyənləşdirilib.

Seçimlərin bir hissəsi birbaşa vətəndaşların özləri tərəfindən aparılmayıb. Onların adından informasiya texnologiyaları sahəsində xüsusi biliklərə malik şəxslər hərəkət edib və ya xüsusi kiber proqramlardan istifadə olunub.

Hadisədən sonra həmin seçimlərin nəticələri ləğv edilib və mənzillər yenidən satışa çıxarılıb.

Təhlükəsizlik mexanizmləri təkmilləşdirilir

2022-ci ildə "Güzəştli mənzil" sisteminə müdaxilə cəhdindən sonra elektron satış prosesinin təhlükəsizliyi məsələsi daha da aktuallaşıb.

MİDA-nın müraciəti əsasında DTX-nin İstintaq Baş İdarəsi tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində hadisədə iştirak edən şəxslərin kimliyi müəyyən edilərək onlar ifşa olunub və təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb ediliblər. İşin hallarından asılı olaraq barələrində müvafiq qətimkan tədbirləri seçilib, şəxslərdən biri barəsində isə beynəlxalq axtarış elan edilib.

Son dövrdə "Güzəştli mənzil" sisteminin təhlükəsizliyinin gücləndirilməsi istiqamətində də yeni tədbirlər həyata keçirilir.

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

"Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin İdarə Heyətinin sədri Vüqar Orucun sözlərinə görə, əvvəlki dövrlə müqayisədə satış mexanizmlərinin təkmilləşdirilməsi və elektron sistemdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi mühüm irəliləyişdir.

"Satış mexanizmlərinin təkmilləşdirilməsi, elektron sistemdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi əvvəlki problemlərin aradan qaldırılması istiqamətində mühüm irəliləyişə səbəb olub. Bu, xüsusilə sosial mənzil kimi ictimai həssaslığı yüksək olan sahədə vətəndaş etimadının formalaşdırılması baxımından çox vacibdir", - deyə ekspert bildirib.

Onun sözlərinə görə, MİDA modeli artıq formalaşmış mühüm sosial instituta çevrilib. Qarşıdakı mərhələdə əsas məqsədlərdən biri ictimai etimadın daha da möhkəmləndirilməsi, layihələrin miqyasının genişləndirilməsi və mənzillərin şəffaf və ədalətli bölgüsünün təmin edilməsidir.

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

Əlçatan mənzil modeli

İndiyədək MİDA tərəfindən Bakı şəhərində və regionlarda ümumilikdə 20 layihəyə start verilib. Onlardan 17-si güzəştli mənzil, 3-ü isə işğaldan azad edilmiş ərazilərdə "Böyük Qayıdış" proqramı çərçivəsində həyata keçirilən layihələrdir.

Güzəştli mənzil layihələrindən 11-nin tikintisi artıq başa çatıb, 3 layihə hazırda reallaşdırılır, 3 yaşayış kompleksi isə layihələndirmə mərhələsindədir.

Tamamlanan layihələr sırasında Yasamal Yaşayış Kompleksi və onun ikinci mərhələsi, Hövsan Yaşayış Kompleksi və ikinci mərhələsi, Binəqədi Yaşayış Kompleksi, Sumqayıt şəhərində iki layihə, həmçinin Gəncə, Lənkəran, Şirvan və Yevlax yaşayış kompleksləri yer alır. Beləliklə, 10 il ərzində bu layihələrdən ümumilikdə 12 minə yaxın ailə mənzil əldə edib.

MİDA-nın təklif etdiyi mənzillərin əsas üstünlüklərindən biri onların tam təmirli və gündəlik yaşayış üçün zəruri imkanlarla təmin edilmiş şəkildə təqdim olunmasıdır. Mənzillərdə mətbəx mebeli və kombi isitmə sistemi quraşdırılır, su, qaz və elektrik sayğacları ilə təminat həyata keçirilir. Bundan əlavə, vətəndaşlara mənzil əldə etmək üçün ipoteka kreditindən istifadə imkanı yaradılır.

Şərtlərin əlçatan və sosial yönümlü olması MİDA layihələrindən birində mənzil sahibi olan Firdovsi Alızadənin şəxsi təcrübəsində də öz əksini tapıb.

O, "Report"a bildirib ki, MİDA proqramı uzun illər arzuladığı mənzilə sahib olmaq imkanını reallaşdırıb:

"Ev sahibi olmaq istəyəndə ilk növbədə büdcəmizi və şərtləri düşündük. MİDA-nın Yasamal layihəsi bu baxımdan bizim üçün çox yaxşı seçim oldu. İlkin ödənişin cəmi 10 %, kredit üzrə faiz dərəcəsinin 4 % olması və mənzillərin daşınmaz əmlak bazarındakı qiymətlərlə müqayisədə daha münasib təklif edilməsi ev sahibi olmağımızı xeyli asanlaşdırdı".

F.Alızadənin sözlərinə görə, MİDA layihələrinin üstünlüklərindən biri də sakinlər üçün rahat yaşayış mühitinin yaradılmasıdır.

"Burada hər şey insanların rahatlığı nəzərə alınaraq düşünülüb. Yaşayış kompleksinin infrastrukturu, həyəti və ətraf ərazi, nəqliyyat imkanları gündəlik həyatımızı daha rahat edir. Artıq 4 ildir ki, burada yaşayırıq və yaşadığımız kompleksdən razıyam. Düşünürəm ki, MİDA xüsusilə gənc ailələr üçün ev sahibi olmaq baxımından çox yaxşı imkan yaradan uğurlu layihədir. Belə bir layihənin reallaşdırılmasında əməyi olan hər kəsə təşəkkür etmək istəyirəm. Çünki bu layihə bizim kimi bir çox ailəyə münasib şərtlərlə öz evinə sahib olmaq imkanı yaradıb", - deyə o bildirib.

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

Mənzil bazarında qiymət fərqi

MİDA layihələrinin mənzil bazarında yaratdığı fərqə Vüqar Oruc da diqqət çəkib.

O, MİDA tərəfindən təklif olunan mənzillərin qiyməti sosial layihə çərçivəsində təqdim edilməyən, eyni xüsusiyyətlərə malik mənzillərin real bazar dəyərindən əhəmiyyətli dərəcədə fərqlənir. Onun sözlərinə görə, bu fərq xüsusilə gənc ailələr və orta gəlirli vətəndaşlar üçün mənzil əlçatanlığının təmin olunmasında mühüm rol oynayır.

"Ən mühüm üstünlüklərdən biri odur ki, 7-10 min manat ilkin vəsaitlə gənc ailələrin və orta gəlirli vətəndaşların mənzil əlçatanlığı probleminin həllinə imkan yaranır. Hazırda, bildiyimiz kimi, mənzil bazarında tələb təklifi kifayət qədər üstələyir. Son 5 ildə ümumi mənzil bazarında qiymətlərin təqribən 100 %-dək artdığını nəzərə alsaq, vətəndaşların mənzil probleminin həllində MİDA layihələrinin ciddi dəstəkləyici effekti var", - deyə V.Oruc vurğulayıb.

Onun sözlərinə görə, MİDA mənzillərinə yüksək tələbat onların likvidliyinin də yüksək olduğunu göstərir.

"MİDA-nın mənzillərinə müraciətlərin sayı kifayət qədər çox olduğuna görə satılmamış mənzillər qalmır. Bu, həmin mənzillərin likvidlik göstəricisinin yüksək olmasından xəbər verir. Digər tərəfdən, mənzillərin tam təmirli olması vətəndaşları əlavə xərclərdən sığortalamış olur. MİDA yaşayış komplekslərinin yerləşdiyi ərazilər nəqliyyat əlçatanlığı və infrastrukturun səviyyəsi baxımından da qənaətbəxşdir. Nəzərə almaq lazımdır ki, daşınmaz əmlakın dəyəri ilk növbədə onun yerləşdiyi məkandan asılıdır. MİDA layihələrinin əlverişli yerləşməsi də onların investisiya dəyərinə müsbət təsir göstərir", - ekspert qeyd edib.

Münasib qiymət, hazır təmir, formalaşmış infrastruktur və nəqliyyat əlçatanlığının bir arada olması MİDA mənzillərini bazardakı analoji yaşayış sahələri ilə müqayisədə daha cəlbedici edir.

Paylaş

Xəbər lenti

57 yaşlı Cennifer Lopez 46 yaşlı Brettlə sevgilidir Bu gün, 00:48 Mincivan qəsəbəsinin işğaldan azad olunmasından 6 il ötür Bu gün, 00:48 Bakıda avtobuslar gecə saat 23:00-dan sonra işləmirlər? – Sərnişinlərdən şikayət Bu gün, 00:48 Sabah Bakının bu ərazilərində işıq olmayacaq - ÜNVANLAR Dünən, 23:48 Bu ölkədə Ebola virusuna ilk yoluxma halı təsdiqlənib Dünən, 23:48 "ABC News": ABŞ və Rusiya bir neçə amerikalının azad edilməsi üzrə razılaşmaya yaxındır Dünən, 23:48 İran zənginləşdirilmiş urandan imtina etmək niyyətində deyil Dünən, 23:48 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib Dünən, 23:48 Zerrin Özerə ağır itki üz verdi Dünən, 23:48 Bakıda çoxmərtəbəli binada yanğın: Hadisə yerindən görüntülər Dünən, 23:48 Culfada baş verən avtomobil qəzasında bir nəfər ölüb, səkkiz nəfər xəsarət alıb Dünən, 22:48 SEPAH: Hörmüzdə 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb Dünən, 22:48 İran Prezidenti: ABŞ danışıqlardan əvvəl sanksiyaları aradan qaldırmalıdır Dünən, 22:48 Hörmüzdəki vəziyyətlə əlaqədar Avropa LNG idxalını 20,8 milyard kubmetr azalda bilər Dünən, 22:48 "Sabah" "Borussiya Dortmund"a məğlub oldu Dünən, 22:48 Bu rayonda 432 şagirdlik yeni məktəb tikiləcək - 4,6 milyon manatlıq LAYİHƏ Dünən, 21:48 İran və İraqdan kürd qruplaşmaları ilə bağlı gözlənilməz qərar Dünən, 21:48 Milli Məclisin növbəti iclası oktyabrın 23-də keçiriləcək Dünən, 21:48 Bakda 15 yaşlı oğlan ürəyindən bıçaqlandı Dünən, 21:48 UEFA Çempionlar Liqası: "Sabah" - "Borussiya" oyununda hesab bərabərləşdi Dünən, 21:48 Sabah Bakıda bu yol bağlanır Dünən, 21:48 Azərbaycana bu ölkələrdən balıqlar gətirilir - SİYAHI Dünən, 21:48 Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi: "Açarı dəyişib evə giriblər" Dünən, 20:48 Castin Biberin keçmiş sevgilisi 34 yaşında vəfat etdi Dünən, 20:48 Zəngilanda Şəhər Günü atəşfəşanlıqla qeyd olunub Dünən, 20:48 Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib Dünən, 20:48 UEFA Çempionlar Liqası: "Sabah" - "Borussiya" oyunu başlayıb Dünən, 20:48 Leyla Abdullayeva ilə Bricit Makron arasında müzakirələr baş tutub Dünən, 19:48 "Haber Global": "Sistemli təxribatlar nəticə vermir - Azərbaycanla kədərdə də, sevincdə də birik" Dünən, 19:48 Azərbaycanda balıqların qiyməti bahalaşıb - SON QİYMƏTLƏR Dünən, 19:48 UEFA Çempionlar Liqası: "Sabah" və "Borussiya" komandalarının start heyətləri açıqlanıb Dünən, 19:48 ARDNF-nin "BlackRock" fonduna investisiyaları 19 %-dən çox artıb Dünən, 19:48 Türkiyədə qadın alt paltarı mağazasının dualarla açılışı edildi Dünən, 18:48 Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başlayıb Dünən, 18:48 Kadir İnanırın sürücüsü: "Ona qan verdim deyə işdən qovuldum" Dünən, 18:48 Vüsal Şilderin qətlinin şahidi: "Oğlanın boğazından vurdular, qan hər yanı götürdü" Dünən, 18:48 Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub Dünən, 18:48 Bu ərazidə yollar təmir olunacaq - KÜÇƏLƏRİN ADLARI Dünən, 18:48 Aşqabadda MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisi açılıb Dünən, 18:48 Azərbaycan XİN Fransaya səfərlə bağlı xəbərdarlıq edib Dünən, 18:48 4 yaşlı qızını itirən Türkiyə gözəli: "Mümkün olsaydı, ürəyimi ona verərdim" Dünən, 17:49 Qaxda məktəbdə şagird sinif yoldaşına xəsarət yetirib Dünən, 17:49 Nəriman Nərimanovun Şəkiyə gəldiyi fayton - MÜZEYDƏ SƏRGİLƏNİR Dünən, 17:48 Bakının Yeni Həyat küçəsində təmir işləri aparılacaq Dünən, 17:48 Kriştiano Ronaldo "Əl-Nəsr" klubunun ortağı ola bilər Dünən, 17:48 "Qarabağ" və "Neftçi" Azərbaycan derbisində yaşananlara görə cərimələnib Dünən, 17:48 MKA: Dövlət rəsmilərinin yaxınlarına qarşı kütləvi kiberdələduzluq cəhdləri müşahidə olunur Dünən, 17:48 Türkiyədə seldən ölənlərin sayı 10-a çatdı Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR