
Abşeron rayonunun Masazır qəsəbəsi, Rafiq Dünyamalıyev küçəsindəki həyət evlərinin sakinləri ərazidə aparılan çoxmərtəbəli bina tikintilərindən narazıdırlar.
BAKU.WS Baku TV-ə istinadən xəbər verir ki, sakinlər tikinti ilə öz evləri arasındakı məsafənin cəmi iki-üç metr təşkil etdiyini bildirirlər.
Vətəndaşların sözlərinə görə, onların razılığı olmadan başlayan işlər zamanı evlərin təhlükə altına düşməsi və ətrafın toz-torpaqla çirklənməsi əsas narahatlıq doğuran məqamlardandır.
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, əməkdaşları tərəfindən sözügedən ərazidə keçirilən monitorinq zamanı Masazır kəndi, Rafiq Dünyamalıyev küçəsi, 14 ünvanında vətəndaş Həsənov Rəşad Rasim oğlu tərəfindən müvafiq icazə sənədləri olmadan bünövrə tikintisi işlərinin aparıldığı aşkar edilib:
"Aşkar edilmiş pozuntu ilə əlaqədar icra hakimiyyəti tərəfindən tikinti işləri dayandırılıb və vətəndaşa müvafiq xəbərdarlıq edilib. Vətəndaş barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi məqsədilə məlumat aidiyyəti qurumlara göndərilib".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.