
Bakıda Hövsan qəsəbəsində avtomobilə hücum çəkən qadın polis şöbsinə çağırılaraq, barəsində protokol tərtib edilib.
Bu barədə AVESTA.AZ-ə DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib.
"1992-ci il təvəllüdlü qadın polis əməkdaşları tərəfindən müəyyən edilərək polis şöbəsinə dəvət olunub. Onunla profilaktik-izahedici söhbət aparılıb, hərəkətlərinə hüquqi qiymət verilərək barəsində qanunvericiliyə uyğun inzibati protokol tərtib edildi. Qeyd edək ki, qadının hərəkətləri ilə bağlı həyat yoldaşı tərəfindən polis orqanına hər hansı şikayət daxil olmayıb. Vətəndaşların ictimai qaydalara və qanunvericiliyin tələblərinə riayət etmələri, xüsusilə ailə-məişət münasibətlərində qarşı tərəfin hüquq və qanuni mənafelərinə hörmətlə yanaşmaları tövsiyə olunur" -deyə Elbrus İbrahimov vurğulayıb.
*** 11:23
Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində qadın avtomobilə hücum çəkib.
AVESTA.AZ xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Məlumata görə hadisə bu gün baş verib.
Görüntülərdən aydın olur ki, qadın nəqliyyat vasitəsinin şüşələrini sındırmağa çalışıb. O həmçinin əlindəki alətlə maşına zərbələr endirib.
İddialara görə, sözügedən avtomobil hadisəni törədən xanımın həyat yoldaşına aiddir. Qadının bu əməlinə səbəb ərinin ona qarşı xəyanəti olduğu qeyd edilir.
Sözügedən videonu təqdim edirik:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.