
"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi "Mançester Yunayted" İngiltərə Premyer Liqasında növbəti matçına çıxıb.
AVESTA.AZ xəbər verir ki, "qırmızı şeytanlar" III turda səfərdə "Everton"la qarşılaşıb.
Gərgin mübarizə şəraitində keçən görüş 2:2 hesabı ilə başa çatıb.
Bu nəticədən sonra "Mançester Yunayted" 4 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. "Everton" isə 5 xalla 8-ci sıradadır.
Qeyd edək ki, "Mançester Yunayted" Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda "Sabah"ı qəbul edəcək. Sentyabrın 10-da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.