
İnternetdən məlumatı dərhal əldə etmək imkanının insan yaddaşına təsir etdiyi müəyyənləşdirilib. Alimlər bu vəziyyəti "Google effekti" adlandırırlar.
BAKU.WS xəbər verir ki, araşdırmalara əsasən, insanlar məlumatın sonradan internetdə asanlıqla tapılacağını bildikdə onun özünü yadda saxlamaqdansa, həmin məlumatı haradan əldə edə biləcəklərini xatırlamağa meylli olurlar.
Təcrübələr zamanı məlumatın kompüterdə saxlanılacağı deyilən iştirakçıların faktları daha zəif xatırladığı, lakin məlumatın harada saxlandığını daha yaxşı yadda saxladığı müəyyən edilib.
Alimlərin fikrincə, internetdən intensiv istifadə beynin məlumatla bağlı yaddaş strategiyasını dəyişə bilər. Lakin bu, smartfon və axtarış sistemlərinin yaddaşı mütləq şəkildə zəiflətdiyi anlamına gəlmir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.