
İsveç ABŞ-nin 10 ədəd M142 HIMARS (yüksəkmobilli artilleriya raket kompleksləri) reaktiv yaylım atəşi sistemi alacaq.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, bu barədə mətbuat konfransında İsveçin müdafiə naziri Pol Yonson bildirib.
Nazirin sözlərinə görə, sazişin dəyəri təxminən 7 milyard İsveç kronu (728,8 milyon dollar) təşkil edəcək.
Saziş çərçivəsində döyüş sursatları da alınacaq.
Tədarüklərin 2027-ci ildən başlaması gözlənilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.