7-09-2026, 13:48 201

Yeddi nəfəri aldadaraq 120 min manatlıq ziyan vuran şəxs HƏBS EDİLDİ

Tovuzda dövlət hərraclarında ucuz qiymətə avtomobillər və mülk alıb-satmaq adı ilə 120 min manatlıq dələduzluq edən şəxs həbs olunub.

AVESTA.AZ APA-ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Cəsur E. ittiham olunduğu əməli törətməkdə təqsirli bilinib və ona 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Onun barəsində öncədən seçilmiş "başqa yerə getməmək haqqında iltizam"qətimkan tədbiri ləğv edilib və məhkəmə zalında həbs olunub. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, Cəsur E. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi hərraclarda ucuz qiymətə avtomobillər və mülk alıb-satmaq adı ilə vətəndaşların etibarından sui-istifadə etməkdə təqsirləndirilib.

İttihama görə o, özünü dövlət hərraclarında təcrübəli şəxs kimi qələmə verərək, bazar dəyərindən dəfələrlə ucuz "Hyundai Sonata", "Lada Niva", "VAZ 2107", "Priora" və digər maşınları alacağını vəd edib.

O, həmçinin Şəmkir rayonunda yerləşən "Çinar" soyuducu zavodunun özəlləşdirilməsində pay sahibi etmək adı ilə zərərçəkmişin birindən külli miqdarda pul alıb.

Digər zərərçəkəndən isə 14 min manat dəyərində "Chevrolet Cruze" markalı avtomobilini lizinqlə satmaq adı ilə götürərək, özünün başqa bir şəxsə olan 11 min manat şəxsi borcunun əvəzinə verib. O, 7 nəfərə ümumilikdə 120 min manatdan artıq ziyan vurub.

Ona Cinayət Məcəlləsinin 178.2.2-ci (Dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (Dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham elan edilib.

İttiham edilən şəxs dəymiş ziyanın 63 min manatını ödəyib.

Təqsirləndirilən şəxs bundan öncə oğurluq əməlində təqsirli bilinərək Səbail Rayon Məhkəməsinin hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 2026-cı ilin əvvəlində "Amnistiya aktı" ilə cəzadan azad edilib.

Paylaş

Xəbər lenti

Şəhid ailələri və qazilərin yaşadığı məhəllədə təhlükə: "Uşağı az qala tülkü aparacaqdı" Bu gün, 00:48 Ağdamın bunkerləri, erməni generalları və 5 müdafiə xətti Bu gün, 00:48 ABŞ Prezidenti: İran məni qane edəcək şərtlərlə saziş bağlamağa hələ hazır deyil Bu gün, 00:48 ABŞ lideri: Putin Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə çalışır Bu gün, 00:48 Tramp və Si Cinpin hərbi əməliyyatlarda AI-ın tətbiqini məhdudlaşdırmaq barədə razılığa gəliblər Bu gün, 00:48 Tanınmış həkim həbs olundu Bu gün, 00:48 Azərbaycanın üç ABŞ universiteti ilə aqrar sahədə əməkdaşlıq imkanları müzakirə olunub Bu gün, 00:48 "Haber Global"da müzakirə: Orta dəhliz hazırda bütün dünyaya nəfəs aldıracaq bir sahə açır Dünən, 22:48 Dövlət Xidməti: Uşaq Fondunun "Hökumət evi"ndən çıxarılması ilə bağlı məlumatlar təhrif olunub Dünən, 22:48 Xocalı soyqırımında səkkiz aylıq hamilə gəlini öldürülən, əsirlikdə ağır işgəncələr görən Salman Abbasov vəfat etdi Dünən, 22:48 Bakıda villada qanlı hadisə Dünən, 22:48 Tramp ABŞ, Rusiya və Çin liderlərinin görüşünü "üçlük sammiti" adlandırıb Dünən, 22:48 UKMTO: Yəmən yaxınlığında quru yük gəmisi hücuma məruz qalıb Dünən, 21:48 Estoniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb Dünən, 21:48 Şahin Əliyev: "Rəqəmsal hökumət sahəsində beynəlxalq mövqeyimiz güclənir" Dünən, 21:48 BDU tələbələri Məleykə Abbaszadədən nə gözləyirlər? Dünən, 21:48 Qubanın iki kəndini rayon mərkəzi ilə birləşdirən yol yararsız vəziyyətə düşüb Dünən, 21:48 Bakı və London hərbi əməkdaşlığı genişləndirir: Yeni bəyannamə nəyi dəyişəcək? Dünən, 20:48 Bakıda mağazadan oğurluğa cəhd edən qadınların kimliyi müəyyənləşdi Dünən, 20:48 Fərda İmanov vəzifəsindən azad olundu Dünən, 20:48 İsrail ordusu ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi: Yeni hücum gözlənilir Dünən, 20:48 Alyona Əliyeva "Heydər Əliyev və Azərbaycan tarixi" X ümumrespublika bilik yarışından paylaşım edib Dünən, 19:48 Azərbaycanın hüdudlarından kənarda terror təşkilatının fəaliyyətində iştirak edən şəxslər həbs edilib Dünən, 19:48 "Eternity-2026" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib Dünən, 19:48 Azərbaycanla Vyetnam arasında münasibətlərdə yeni mərhələ: "Haber Global"dan xüsusi süjet Dünən, 19:48 Bakı metrosunda hərəkətin tənzimlənməsi qurğusunda xəta baş verib, yubanmalar yaranıb Dünən, 19:48 Belarus Silahlı Qüvvələrinin nümayəndə heyəti ölkəmizə gəlib Dünən, 18:48 Uşaqlar bağçalarda ən çox hansı xəstəliklərə yoluxublar? Dünən, 18:48 İstanbul-Bakı aviareysi ilə gələn sərnişindən 60 min manatlıq mallar aşkar olunub Dünən, 18:48 MŞ-nin komissiya sədri media müsabiqələri ilə bağlı yenilikləri izah edib Dünən, 18:48 3 məktəblini maşın vurub Dünən, 18:48 Bakıda Gülarəni öldürməkdə şübhəli bilinən gənclə bağlı yeni faktlar: Atası danışdı Dünən, 18:48 Azərbaycan Premyer Liqası: "Zirə" XII turun açılış oyununda "İmişli" ilə heç-heçə edib Dünən, 17:48 Beyin üçün faydalı olan 3 SUPER QİDA Dünən, 17:48 Sabiq rektorun xanımı Nərman Qocatürkün ölümü ilə bağlı iddialara cavab verdi Dünən, 17:48 Bakıda dövlət qurumlarının iş vaxtı dəyişdi: İkiaylıq sınaq tıxacı azaltdımı? Dünən, 17:48 "Heydər Əliyev və Azərbaycan tarixi" X ümumrespublika bilik yarışının qalibləri müəyyənləşib Dünən, 17:48 Evə başqa qadını gətirən atasını döyərək qabırğalarını sındırdı Dünən, 17:48 ADSEA: Bəhramtəpə Hidroqovşağında təmir işləri su təchizatına təsir göstərməyəcək Dünən, 17:48 Dünyanın ən yaraşıqlı kişisi hesab edilən bloqerə ağır ittihamlar irəli sürüldü Dünən, 17:48 Bakıda bağban sərxoş vəziyyətdə sürücünü bıçaqlayıb Dünən, 16:48 Azercell-in "30 il səninlə" lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı! Dünən, 16:48 Tahir Abdullayev çəki salmaqdan imtina etdi: Qazancının bir hissəsindən məhrum oldu Dünən, 16:48 Birinci vitse-prezident Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüb Dünən, 16:48 SOCAR Mərkəzi Avrasiyanın ən böyük şirkətlərinin reytinqinə başçılıq edib Dünən, 16:48 Vyetnam mediası Azərbaycan Prezidentinin bu ölkəyə səfərini diqqət mərkəzində saxlamaqdadır Dünən, 16:48 IX sinifdən sonra kolleclərə qəbulun məhdudlaşdırılması nəzərdə tutulur Dünən, 16:48 İlham Əliyevin Vyetnam Sosialist Respublikasına rəsmi səfərinə dair videoçarx Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR