
Cəlilabad rayonunda irigövdəli ağac avtomobilin üzərinə aşıb.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, güclü külək nəticəsində irigövdəli ağac yolda hərəkətdə olan "Ford Transit" markalı avtomobilin üzərinə aşıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.
Qeyd edək ki, sözügedən yolun digər istiqamətlərində də 30-a yaxın irigövdəli ağaclar yola aşıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.