8-09-2026, 15:48 155

Gələn il imtahan proqramlarında dəyişiklik olacaq? - Məleykə Abbaszadə AÇIQLADI

"Yeni nəşrlərdəki materiallar 2027-ci ilin imtahan proqramlarına daxil edilməyib".

AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə sosial media hesabında bildirib.

O qeyd edib ki, yeni tədris ilinin başlanması ilə 9 və 11-ci siniflərdə təhsil alacaq şagirdləri, eləcə də onların valideynlərini belə bir sual maraqlandırır: 2027-ci ildə keçiriləcək buraxılış və qəbul imtahanlarında hansı dəyişikliklər olacaq?

"İlk olaraq ən çox verilən suala cavab vermək istəyirəm: 2027-ci il üzrə imtahan proqramlarının məzmununda ciddi dəyişiklik nəzərdə tutulmur.

Hazırda ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış, eləcə də ali təhsil müəssisələrinə qəbul imtahanlarının proqramlarının hazırlanması yekunlaşır. Proqramlar yaxın günlərdə Dövlət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək.

Proqramlar hazırlanarkən DİM-də fəaliyyət göstərən müvafiq fənlər üzrə elmi-metodik seminarlarda orta və ali təhsil müəssisələrinin müəllim və mütəxəssislərinin iştirakı ilə geniş müzakirələr aparılıb.

Bu prosesdə, ilk növbədə, cari tədris ilində ümumtəhsil müəssisələrində istifadə olunan 5-11-ci sinif dərslikləri təhlil edilib. 9 və 11-ci siniflərdə təhsil alan şagirdlərin əvvəlki illərdə istifadə etdikləri dərsliklərlə hazırda müvafiq siniflərdə istifadə olunan dərsliklər müqayisə olunub. Fənn kurikulumlarının təlim nəticələri və məzmun standartlarının tələblərinə uyğun mövzular müəyyənləşdirilərək proqramlar formalaşdırılıb.

Nəticə etibarilə, proqramların məzmununda ciddi dəyişiklik yoxdur, yalnız redaktə xarakterli düzəlişlər aparılıb.

Burada yeni dərsliklərlə bağlı bir məqamı xüsusilə izah etmək istəyirəm.

Artıq bir neçə ildir ki, ümumtəhsil müəssisələrində müəyyən fənlər üzrə yeni kurikulumlar əsasında hazırlanmış dərsliklər mərhələli şəkildə istifadəyə verilir. Cari tədris ilində Azərbaycan dili fənnindən 7-ci , kimya, biologiya və fizika fənlərindən 7, 8 və 9-cu, coğrafiyadan 6, 7 və 8-ci, tarixdən isə 6 və 7-ci siniflər üçün yeni dərsliklər istifadə olunacaq.

Bu dərsliklər əvvəlki nəşrlərdən həm məzmun, həm də terminologiya baxımından əhəmiyyətli dərəcədə fərqlənir. Yeni nəşrlərə maliyyə və media savadlılığı, rəqəmsal bacarıqlar, kibertəhlükəsizlik kimi aktual mövzular daxil edilib. Eyni zamanda, şagirdlərin yalnız nəzəri biliklərinin deyil, problem həll etmə, tədqiqat aparma, tənqidi və yaradıcı düşünmə bacarıqlarının inkişafına daha çox diqqət yetirilib.

Ancaq vacib məqam budur: hazırda 11-ci sinifdə təhsil alan şagirdlər bu yeni dərsliklər üzrə təhsil almayıblar. Buna görə də həmin dərsliklərin yeni nəşrlərindəki materiallar 2027-ci ilin imtahan proqramlarına daxil edilməyib.

Müvafiq mövzular üzrə əvvəlki nəşrlərə istinad ediləcək və həmin materiallar da DİM-in saytında yerləşdiriləcək", - deyə M. Abbaszadə söyləyib.

Məleykə Abbaszadə vurğulayıb ki, proqramlara yalnız tədris prosesində keçilən mövzular daxil edilib:

"Dərsliklərdən kənar heç bir mövzu imtahan proqramlarına daxil edilməyib.

Bəs imtahan modelində nə dəyişir?

2027-ci ildə ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında 2026-cı ildə tətbiq olunan model qüvvədə qalacaq.

Tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında isə əvvəlcədən məlumat verildiyi kimi, yalnız xarici dil fənni üzrə dəyişiklik olacaq. Xarici dil fənni üzrə yazı bacarıqlarının yoxlanılması və qiymətləndirilməsi məqsədilə yeni tapşırıq formasından istifadə ediləcək. Şagirdlər verilmiş sual və ya fikir əsasında fakt və mülahizələr irəli sürərək öz düşüncələrini ifadə edən kiçikhəcmli mətn yazacaqlar.

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının modelində isə dəyişiklik yoxdur. 2026-cı ildə tətbiq olunan imtahan modeli 2027-ci ildə də qüvvədə qalacaq.

Yeni tədris ilinə başlayan bütün şagirdlərimizə uğurlar arzulayıram. Tövsiyəm budur ki, hazırlıq prosesində müxtəlif qeyri-rəsmi məlumatların yaratdığı narahatlığa deyil, DİM tərəfindən dərc ediləcək rəsmi imtahan proqramlarına əsaslanasınız. Proqramlar dərc olunduqdan sonra hər bir fənn üzrə imtahana daxil edilən mövzularla əvvəlcədən tanış olmaq mümkün olacaq".

Paylaş

Xəbər lenti

Harri Keyn "Qızıl top"un sahibi oldu Bu gün, 08:48 Yasamalın bəzi ərazilərində bu gün işıq olmayacaq Bu gün, 08:48 Bakıda bir neçə yol bağlanır - Səbəbi açıqlandı Bu gün, 08:48 Nərimanov rayonunun bir hissəsində bu gün qaz olmayacaq Bu gün, 08:48 Tovuzda bıçaqlanaraq qətlə yetirilən şəxs qazi imiş: Hadisənin təfərrüatı Bu gün, 08:48 "Həzi Aslanov" metrosu ilə bağlı mühüm YENİLİK Bu gün, 08:48 Azərbaycana girişi qadağan edilən türkiyəli jurnalist İstanbulda saxlanıldı Bu gün, 08:48 Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı Bu gün, 08:48 İran Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib Bu gün, 00:48 2027-ci ildə ən çox qazandıracaq peşələr - Gəlirli sahələr AÇIQLANDI Bu gün, 00:48 Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür Bu gün, 00:48 Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub Dünən, 23:48 25 yaşlı azərbaycanlı Almaniyada bələdiyyə üzvü seçilib Dünən, 23:48 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu Dünən, 23:48 Zelenski səfərbərlik və hərbi vəziyyətin müddətini uzadıb Dünən, 23:48 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək? Dünən, 22:48 Kardinal: "Vatican News"da erməni dezinformasiyalarının nəşrinin qarşısı alına bilər" Dünən, 22:48 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub Dünən, 22:48 Ukraynada dronların istehsalında donuz piyindən istifadə edilir? Dünən, 22:48 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub Dünən, 22:48 Səfir: Vyana Azərbaycan və Ermənistan arasındakı sülh prosesini dəstəkləməyə davam edəcək Dünən, 21:48 Bakıda Vatikan səfirliyinin yaradılmasının vacibliyi vurğulanıb Dünən, 21:48 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək Dünən, 21:48 Pensiyaların tam indeksləşdirilməsi kimlərə şamil olunacaq? - VACİB AÇIQLAMA Dünən, 21:48 Bədbəxt hadisənin təfərrüatı: "Dirək gəlinin beyninə dəyib, canını tapşırıb" Dünən, 21:48 Qara dənizdə təhlükə, Orta Dəhlizdə fürsət: Azərbaycan üçün yeni imkanlar yaranır? Dünən, 20:48 Mədə yanmasını adi hal hesab etməyin - Bu halda ürək xəstəliyindən xəbər verir Dünən, 20:48 Azərbaycanda kərə və duru yağlar nə üçün bahalaşır? - SƏBƏBLƏR Dünən, 20:48 Atlantada oktyabrın 30-31-də G20 ölkələrinin XİN başçılarının görüşü keçiriləcək Dünən, 20:48 Azərbaycan BMT-də nüvə silahlarının ləğvini qabardıb Dünən, 20:48 "Qərbi Azərbaycanın yaddaş yerləri": Daşkörpü sakinləri etnik təmizləməyə məruz qalıb Dünən, 19:48 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib Dünən, 19:48 "Qalatasaray" daha bir rus futbolçu almaq istəyir Dünən, 19:48 Elnur Müzəffərov: "Eldəniz Əzizlinin Qazaxıstanda qızıl medal qazanacağına inamımız böyük idi" Dünən, 19:48 DTX "Ceyhun Sabunçu"nu qətlə yetirənləri müəyyən edərək saxlayıb Dünən, 19:48 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb Dünən, 19:48 Sumqayıt sakinlərinin nəzərinə: Bəzi marşrut avtobusları yenilənəcək Dünən, 19:48 Səfir: Cəbrayılda istixana təsərrüfatında Niderland modeli tətbiq oluna bilər Dünən, 18:48 Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər məhkəməyə gətirilib Dünən, 18:48 Nazirlər Kabinetindən təhsilalanlarla bağlı VACİB QƏRAR Dünən, 18:48 Ermənistanda məhbus məhkəmə binasından qaçdı Dünən, 18:48 Baş nazirdən dövlət müəssisələri ilə bağlı mühüm qərar Dünən, 18:48 Bu rayonda avtomobil yolları təmir olunacaq - 1,8 milyonluq LAYİHƏ Dünən, 18:48 Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edilib Dünən, 18:48 Sumqayıtda dəmiryol vağzalının qarşısında avtomobil yandı Dünən, 17:48 Hindistan Azərbaycandan neft alışını 5 dəfəyə yaxın artırıb Dünən, 17:48 Uzun yaşamaq istəyənlərə XƏBƏRDARLIQ - Bu iki üsula inanmayın Dünən, 17:48 Axtarışda olan "Survivor" iştirakçısı və tanınmış aktyor xaricdə tutularaq Türkiyəyə gətirildi Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR