
Xəzər dənizinin səviyyəsinin hətta cüzi şəkildə aşağı düşməsi sahil zonalarında əhəmiyyətli dəyişikliklərə səbəb ola, ciddi infrastruktur və iqtisadi risklər yarada bilər.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, bunu UN-Habitat-ın Azərbaycandakı nümayəndəliyinin proqram meneceri Van Runtsze "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026" (BCAW 2026) çərçivəsində keçirilən panel sessiyada bildirib.
Onun sözlərinə görə, sahilin dayaz hissələrində suyun səviyyəsinin hətta bir qədər aşağı düşməsi üzə çıxan dəniz dibi sahəsinin əhəmiyyətli dərəcədə böyüməsinə səbəb ola bilər.
O, sahilboyu ərazilərin mühafizəsi üzrə tədbirlər hazırlanarkən yolların, su axıtma sistemlərinin, kommunal şəbəkələrin və digər infrastruktur obyektlərinin yerləşməsini nəzərə almağa imkan verəcək adaptiv və qabaqlayıcı məkan planlaşdırılmasının zəruriliyini vurğulayıb.
UN-Habitat nümayəndəsinin sözlərinə görə, bu cür yanaşma infrastrukturun gücləndirilməsi, bufer zonalarının yaradılması və su ehtiyatlarının qorunması üçün əlavə tədbirlərin görülməsi zəruri olan sahələri müəyyən etməyə imkan verəcək.
O, həmçinin beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyini qeyd edib: "Məsələn, ABŞ-dəki Böyük Duzlu göl bir sıra ciddi problemlərlə üzləşib və bu məsələlərin həlli üçün orada artıq hidrodinamik monitorinq və yeni planlaşdırma tətbiq edilir".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.