
Bu gün gecə saat 02:00-da Zəyəm-Dəllər sahəsində 135 km/saat sürətlə hərəkətdə olan Tbilisi-Bakı qatarının qarşısına qəfildən adam çıxıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, məsafə az olduğundan toqquşma hadisəsi qaçılmaz olub və 24 yaşlı kişi cinsli həmin şəxs həyatını itirib.
"Azərbaycan Dəmir Yolları" vətəndaşları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır:
"Nəzərə almaq lazımdır ki, yol həmişə qatarındır. Təəssüf ki, sürücü və piyadaların diqqətsizliyi, ani tələskənliyi, qaydalara laqeyd münasibət bəzən arzuolunmaz hallara səbəb olur".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.